XİN başçısı: "Azərbaycanın xarici siyasət kursu balanslaşdırılmış və inklüziv xarakterlidir"
13:07 06.08.2018
Arxiv
448
"Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir və bu, hər iki tərəfin maraqlarına xidmət edəcək".
"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişin imzalanması məsələsini şərh edərkən deyib.
Viza rejiminin sadələşdirilməsindən danışan nazir respublikanın hazırda Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə qüvvədə olan mexanizmə malik olduğunu xatırladıb.
"Azərbaycan və Avropa İttifaqı arasında dialoq tərəflər arasında bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq əsasında aparılır. Bu günlərdə Aİ rəhbərliyi ilə Brüsseldə keçirilən görüşlər belə yanaşmanın düzgünlüyünü nümayiş etdirdi. Proses doğru istiqamətdə irəliləyir və bu, bizi iki bərabərhüquqlu tərəfdaş - Azərbaycan və Avropa İttifaqı arasında "böyük saziş"in imzalanmasına çıxaracaq", - E.Məmmədyarov bildirib.
Balanslaşdırılmış xarici siyasət kursunun keçirilməsi məsələsini şərh edən E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin "və ya" prinsipinə əsaslanmadığını, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıdığını vurğulayıb: "Bu kursu davam etdirməyin öz bəhrəsini verəcəyinə və xalqımıza və bütövlükdə regionumuza xidmət edəcəyinə əminik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya