XİN: Misirdə ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur




İlkin məlumata əsasən, Misirin Hurqada şəhərində otelə hücum nəticəsində ölənlərin və xəsarət alanların arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Trend-ə XİN-nin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Azərbaycanın Misirdəki səfirliyi yerli hakimiyyət orqanları ilə təmasda olmağa davam edir.