Xurma xərçəngə qarşı qalxan vəzifəsini yerinə yetirir





Qış aylarında bədənimizin immunitet sistemini gücləndirmək üçün nə yeməliyik? Türkiyənin Okan Universiteti xəstəxanasının Qidalanma və Diyet mütəxəssisi Derya Fidan qışın xəstəliklərindən uzaq olmaq üçün məsləhətlər verir…
 Cənnət xurması qış aylarının ən çox seçilən meyvələri arasında yer alır.
Bədənimizə bir çox faydası olan cənnət xurmasının  immunitet sistemini gücləndirərək infeksiyalara qarşı müdafiə təsiri çox güclüdür. Ehtiva etdiyi zəngin lif nisbətinə görə  mədə - bağırsaq sistemini qaydaya salır, qəbizliyi önləyir, antioksidanlarla zəngin olması səbəbiylə də bədənimizdə xərçəngə qarşı qalxan vəzifəsini yerinə yetirir.