Yanğının söndürülməsində 43 yanğınsöndürən maşın, 160 nəfər şəxsi heyət iştirak edib




Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşın və 160 nəfər şəxsi heyəti cəlb olunub.
APA-nın məlumatına görə, yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.
Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb.
31 nəfər yanğından xilas edilib.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzində bu gün səhər baş vermiş yanğında 24 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.