YAP-çı deputatdan həmkarlarına – “Otur işlə da!”





"İcra funksiyasını icra qurumları yerinə yetirir. Yetirməyən isə dərhal həbs edilir. Hər bir insan çıxış edəndə oturduğu stula heç olmasa, hörmət etsin”.

 Sherg.az bildirir ki, bu sözləri parlamentin iclasında həmkarlarının çıxışına etiraz olaraq deputat Siyavuş Novruzov səsləndirib. Millət vəkili Milli Məclisin əvvəlki dövrlərini xatırladıb:

"Vaxt var idi ki, burada 4 adam bir otaqda otururudu. Və yaxud 8 adama bir telefon düşürdü. Otur işlə da! Qanun hazırla, cəmiyyətə təqdim elə. "Biz qabaqcadan demişdik”, "İki il bundan əvvəl demişdik” və s. Ilə çıxışınıza başlayırsız. Nə demişdiniz?! Hamımız burada idik da. Hesab edirəm ki, bundan sonra belə məsələlərə yol verməyə ehtiyac yoxdur”.

Anar