Yaponiya elektron müharibə üçün zərbə təyyarələri yaratmağı planlaşdırır
12:30 13.01.2019
Arxiv
294
Yaponiyanın hakimiyyət orqanları düşmənin radarlarını və rabitə sistemini sıradan çıxaracaq zərbə təyyarələri yaratmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 13-də "Yomiuri” qəzeti məlumat yayıb.
Qəzetin Müdafiə Nazirliyindəki mənbələrə istinadla yaydığı məlumatda qeyd edilir ki, həmin avadanlığın hazırda Yaponiya özünümüdafiə qüvvələrinin hava və dəniz bölmələrində istismarda olan nəqliyyat və patrul təyyarələrində quraşdırılması nəzərdə tutulur.
"C2 təyyarəsi əsasında yaradılacaq yeni modelin 2027-ci maliyyə ilində istifadəyə verilməsi planlaşdırılır. F1 təyyarəsi əsasında yaradılması nəzərdə tutulan digər model üzərində isə işlər davam etdirilir”, - deyə qəzet yazır.
Bildirilir ki, elektron müharibə üçün Yaponiyada müvafiq vasitələr artıq var, lakin onlar müdafiə xarakterlidir. Onlardan biri kimi, düşmənin artıq buraxılmış ballistik raketlərinin idaretmə sistemini sıradan çıxaran avadanlığı xatırladır.
"Yeni təyyarələrin məqsədi isə əsasən, Çin və Rusiya tərəfindən artmaqda olan elektron müharibə imkanlarının məhdudlaşdırılmasıdır”, - deyə qəzet yazır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol