Yaponiya Şərqi Çin dənizində hərbi baza yaradır
04:44 29.10.2018
Arxiv
611
Yaponiya bu il ölkənin cənub-şərqində yerləşən uzaq İşiqaki adasında 5-6 min nəfərlik qarnizon və "yer-gəmi” və "yer-hava” raketlərinə malik hərbi baza inşa etmək niyyətindədir.
AZƏRTAC "Sankei” qəzetinə istinadla xəbər verir ki, bu addımlar Pekinin Şərqi Çin dənizində artan fəallığının qarşısını almaq üçün atılır.
Hazırda həmin rayonda yapon hərbiçiləri yalnız ən böyük ada olan Okinavada yerləşib. Okinavadan Tayvana qədər uzanan digər kiçik adalarda heç bir qarnizon yoxdur.
Bu adaların ətrafındakı beynəlxalq sularda son vaxtlar Çinin hərbi-dəniz qüvvələrinin gəmiləri qrupu tez-tez müşahidə olunur. Onlar Sakit okeanda keçirilən təlimlərdə iştirak etmək üçün bu ərazidən keçirlər. Burada, həmçinin Tokionun nəzarətində olan, lakin Çinin və Tayvanın iddia etdiyi Senkaku adaları yerləşir. Çinin patrul gəmiləri tez-tez bu əraziyə daxil olaraq, mübahisəli ərazilərə iddialarını nümayiş etdirirlər.
İşiqakidən başqa Tokio qonşuluqdakı Miyako adasında da gələn ilin yazında gəmiəleyhinə raketlərə və hava hücumundan müdafiə vasitələrinə malik hərbi baza inşa etməyi planlaşdırır. Tayvanın yaxınlığında olan Yonaquni adasında artıq radar nəzarəti stansiyası quraşdırılıb.
Mütəxəssislər son vaxtlar Tokio ilə Pekinin münasibətlərində xeyli yaxınlaşmanın müşahidə edildiyini bildirirlər. Ötən həftə Yaponiyanın Baş naziri Şinzo Abenin Pekinə rəsmi səfəri baş tutub. Lakin buna baxmayaraq, Tokio Çinin Şərqi Çin dənizindəki hərbi siyasətinə ehtiyatla yanaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə