Yaşlı insanları aldadıb təqaüd kartlarından pul çəkirlər
15:03 05.07.2017
Arxiv
543
İradə Cavadova: "Həmin şəxslər polisə müraciət etməli, pulun qaytarılmasına dair köməklik göstərilməsini istəməlidirlər"
"Yaşlı insanlar evə kirayəşinlər aldıqda yad insanlar olduğunu, onların etibarından sui-istifadə edə biləcəyini nəzərə almalıdırlar”.
Bunu Sherg.az-a Qusarda 89 yaşlı qadının evində yaşayan kirayəşin tərəfindən təqaüd kartından pulunun çıxarılıb, oğurlanmasına münasibət bildirərkən vəkil İradə Cavadova deyib.
O bildirib ki, təqaüd kartlarının kodu məxfi saxlanmalı, yaşlı insanlar da buna diqqət etməlidir:
"Yaşlı insanlar təqaüdlərini özləri ala bilmədikləri üçün qonşuya, qohumlara bu missiyanı həvalə edirlər. Nəticədə həmin gizli kodu da etibar etməli olurlar. Onlar etibardan sui-istifadə edib, yaşlı insanları aldada bilirlər. Təbii ki, həmin şəxslər polisə müraciət etməli, pulun qaytarılmasına dair köməklik göstərilməsini istəməlidirlər. Hüquq-mühafizə orqanları bunu araşdırıb, üzə çıxarır”.
Yaşlıların etibarından sui-istifadə edən şəxslərin alacağı cəzalara gəlincə, vəkil deyib ki, həmin şəxslər həm cərimə, həm də həbs cəzası ala bilərlər:
"2000 manatdan çox pulun oğurlanması ciddi məsələdir. Cinayət məcəlləsinin 178-ci maddəsinə (dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmişin əmlakını ələ keçirmə) uyğun olaraq pulu oğurlayan şəxs cərimə və ya ictimai işlər, azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Az miqdarda pulun mənimsənilməsinə görə, 700 manat civarında, xeyli miqdarda pula görə isə 5000 manatadək cərimə və 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilə bilər.
Təbii ki, yaşlılar mütləq şikayət etməlidir. Bəzən olur ki, yaşlı insanların gedib-gələ bilməməsinə görə hüquq-mühafizə orqanlarında iş bağlanır, yaxud maraqlanmırlar. O zaman müxtəlif QHT-lərə, 102 qaynar xəttinə və Daxili İşlər Nazirliyinə elektron məlumat göndərsinlər. Bu zaman onlar problemlərinin həllinə nail ola bilərlər”.
Qeyd edək ki, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, oğurluğu qadının evində kirayəşin olan Sələh-oba kənd sakini Ruslan Hacımətov olması aşkarlanıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya