Yavuz Akpınar haqqında kitab nəşr edilib
12:49 11.01.2019
Arxiv
425
Ankaranın "Bengü” nəşrlərı seriyasından olan "Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitabı nəşr edilib. Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan 840 səhifəlik kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncülük etmiş, Mirzə Fətəli Axundzadənin komedyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində və üniversitetlərdə tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıçılıq yoluna işıq salır.
Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya deyir ki, professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir nəslinin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri olan ziyalıdır. Bu kitabın hazırlanması da çoxdan planlaşdırılmışdı, nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox təlabkar müəllimimizin adına layiq bir şəkildə nəşrinə nail olduq. Kitab təkcə mənim yox, indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərmağandır.
İllərdir ki, Türkiyədə Azərbaycan ədəbiyyatından və mətbuatından söz düşəndə ilk olaraq Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəliyev, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadiq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi kimi yazıçı və ziyalılarla dosluq əlaqələri qurmuşdur. Bəxtiyarın Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o, olmuşdur. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında bir çox elmi araşdırmaların müəllifi olan professor bu istiqamətdə çoxsaylı elmi işlərə rəhbərlik etmişdir.
Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur. Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmişdir. Azərbaycanın təbliğində gördüyü işlər görə 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə "İlin elm adamı” mükafatına layiq görülmüşdür. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. "Kaspi”nin rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan da o, olmuş, qəzet rəhbərliyini səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana gətirilmiş, rəqəmsal nüsxələr «Kaspi»nin elektron səhifəsində yerləşdirilmişdir.
Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və Şəhriyarın şeirlərinin, bəzi ədəbi mətinlərin nəşri İranda qadağan edildiyindən, əlyazması şəklində əldən ələ gəzəndə, onların Türkiyədə
çapına nail olan da, məşhur «Heydərbabaya salam» poemasını Türkiyədə təqdim edən də Yavuz Akpınar olmuşdur. Yavuz Akpınar universitet tələbələri üçün "Çağdaş Türk ədəbiyyatları” (19-20-ci əsrlər) adlı iki cildliyin həm baş redaktorü olmuş, həm də bu əsərin giriş, Azərbaycan, Kırım, Tatar ədəbiyyatları hissələrinin müəllifidir.
Onun İbrahim Bozyellə birlikdə nəşr etdirdiyi "Qardaş ədədiyyatlar” jurnalı türk dünyasının tanıdılmasında çox böyük işlər gördü. Professor müsahibələrinin birində bildirir ki, bu dərgi vasitəsi ilə Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.
Geniş oxucu auditoriyasına təqdim olunan "Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis kitabda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəliyev, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfər Nuriyevin və eləcə də türk dünyasının ünlü elm adamlarının da Yavuz Akpınar haqqında səmimi qeydləri yer alır.
N.Qədimoğlu, Türkiyə, İzmir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks