Yay imtahanlarına ərizə qəbulu başa çatdı





Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. Dövlət İmtahan Mərkəzindən Lent.az-ın sorğusuna verilən cavaba görə, yay imtahanına ümumi qeydiyyat sayı Azərbaycan bölməsi üzrə 53426, Rus bölməsi üzrə 4731 nəfər olub.

I qrup Azərbaycan bölməsi üzrə 20056, rus bölməsi üzrə 1661 nəfər: Cəmi 21717

II qrup Azərbaycan bölməsi üzrə 13584, rus bölməsi üzrə 1371 nəfər: Cəmi 14955

III qrup Azərbaycan bölməsi üzrə 15673, rus bölməsi üzrə 1214 nəfər: Cəmi 16887

IV qrup Azərbaycan bölməsi üzrə 4113, rus bölməsi üzrə 485 nəfər, Cəmi 4598