Yazar da olmaz dedi: "Aydınları lağ obyektinə çevirmək düzgün deyil" - FOTO

"Xalqın yaddaşında, mədəniyyətində, ədəbiyyatında, qəlbində yer tutmuş mütəfəkkirləri, aydınları istehza obyektinə çevirmək olmaz”.
Bunu Sherg.az-a sosial şəbəkələrdə gənclərin düzəltdiyi müxtəlif şəkillərlə dünya və Azərbaycan mütəfəkkirlərini gülüş, lağ və istehza obyektinə çevriməsinə  münasibət bildirərkən yazar-tərcüməçi Nəriman Əbdürrəhmanlı deyib. 
O bildirib ki, nəinki klassik şəxsləri, hətta adi insanlar belə istehza obyekti olmamalıdır:
"Hər kəsin özünə görə şəxsiyyəti var. İnsanların qürurunu tapdalamaq düzgün deyil. Mən özüm də sosial şəbəkələrdə bu tip şəkillərə rast gəlmişəm və tənqid edirəm. Bu tip istehzaların səbəbi gənclərin daha çox özlərini başqalarına maraqlı gələcək şəkildə ifadə etməyə çalışması, diqqət çəkmək istəməsidir. Bu, düzgün yol deyil. Hər kəs öz şəxsiyyətini, düşüncəsini ifadə etməlidir”.
Sosial şəbəkələrdə lağ obyektinə çevrilən şəkillərdən bir neçəsini təqdim edirik:
Aysel ASLAN