Yemdə qatqılar var, TOYUQLAR yumurtamır




Soyuqlar düşdüyündən rayonlarda, toyuq fermalarında toyuqlar yumurta vermir.

Bunu Sherg.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. 

Ekspert deyib ki, bəzi rayonlardan zəng vurub, soyuqların düşməsi səbəbilə toyuqların məhsuldarlığının sürətlə azaldığını xəbər veriblər: 

"Toyuqların yumurtamamasının səbəbləri müxtəlif ola bilər. Yemlənmə məsələsi də istisna olunmur. Broyler fabriklərində xoruzları və toyuqları ayrı-ayrılıqda bəsləyirlər. Çünki xoruzlar ət üçün, toyuqlar isə yumurta verməsi üçün saxlanılır. Ola bilsin ki, təsərrüfatda yem qarışıqlığı baş verib. Lakin birmənalı şəkildə ötən gün edilən müraciətlərin təhlilindən məlum oldu ki, şaxta düşməsi səbəbindən toyuqların yumurtaması dayanıb. Bundan başqa həyətində nar ağacları olan sakinlər də bilməlidir ki, nar mövsümündə toyuqlar arıqlayır və yumurtadan kəsilir”.

Qeyd edək ki, son zamanlar kənd əhalisi xırda fermer təsərrüfatlarında və həyətlərində saxladıqları toyuqların yumurtamamasından şikayətlənir.
 
Aysel Aslan