Yeməkxana sahibi

kimsəsizlərin haqqına girir
Keyfiyyətli qidaları evinə aparıb onlara xarab, köhnə məhsullarla hazırlanan yeməklər verir



Redaksiyamıza müraciət edən Qarabağ müharibəsinin veteranı və 2-ci dərəcəli əlil Saleh Cəfərov "Neftçilər” metrosunun yaxınlığında yerləşən yeməkxananın müdirinin fəaliyyətindən şikayətlənib. O, yeməkxana müdiri Ələkbərlə, aşpaz Xatirənin müştərilərə keyfiyyətsiz və natəmiz qidalar yedirtdiyini iddia edib.

Qarabağ veteranının sözlərinə görə, adını bilmədikləri imkanlı şəxslər həmin yeməkxanada kimsəsiz və yeməyə ehtiyacı olan insanları həftənin beş günü pulsuz yeməklə təmin edir. Yeməkxana müdiri isə onların haqqına girərək, keyfiyyətli qidaları evinə aparıb onlara xarab, köhnə məhsullarla hazırlanan yeməklər verir:

 "Ölkədə imkansız, maddi durumu ağır vəziyyərdə olan bacı-qadaşlarımız çoxdur. Bunları görən, insanpərvər, imkanlı insanlar onların taleyinə laqeyd yanaşmır. Çalışırlar ki, gücləri çatdığı qədər ehtiyac içərisində yaşayan insanlara əl uzatsınlar. Bu xeyirxahlar hər həftə "Neftçilər” metrosunun yaxınlğında ac insanları yeməklə təmin edir. O şəxs kimdirsə, Allah ona can sağlığı versin. Həmin yeməkxanaya əvvəllər Ramiz adlı şəxs başçılıq edirdi. 4 il əvvəl həmin adam dünyasını dəyişdi. Rəhmətliyin dövründə ehtiyacı olan insanlar üçün verilən yeməklər tamlı idi. Hər gün xörəklərin içində bir ədəd toyuq budu belə olurdu. 

Ramiz kişi vəfat etdikdən sonta yeməkxananı onun yanında fəhlə kimi işləyən Ələkbər adlı bir üzdəniraq ələ keçirdi. O gündən sonra isə anarxiya başladı. Verilən xörəklər keyfiyyətsiz və natəmiz oldu. Yediyim çörəyin içindən qadın saçına kimi çıxıb. Amma digərlərinin iştahı pozulmasın deyə bildirmirdim. Amma bir dəfə yeməyimdən hər iki ucu əyri və iti məftil də çıxdı və daha səssiz qala bilmədim. Ələkbərlə, aşpaz Xatirəni çağırıb göstərdim, ancaq hər ikisi buna etinasız yanaşdılar. Bişirlən yeməklərin keyfiyyətsiz olması ilə bağlı dəfələrlə yeməkxana rəhbərinə öz etirazımı bildirsəm də, heç bir faydası yox idi. 

Borş adı ilə bizə verilən yeməyin içində su ilə qırmızı çuğundurdan başqa heç nə olmurdu. Bir dəfə təklif elədim ki, ət sümüklərini alım, atsınlar borşun içinə dad versin.

Ələkbər isə mənim dediklərimi o qulağından aldı bu qulağından ötürdü. Bələdiyyə üzvləri isə bizə yazılı şikayət verməyimizi tələb edirdi. Etiraz edənləri oradan qovduqları üçün kimsə bu təbliğata uymurdu. Ələkbər bazardakı çürümüş meyvələri alıb kompot bişirtdirirdi. Nə qədər imkansız adam orada yediyi keyfiyyətsiz qidalar səbəbindən rəhmətə gedib. Hətta bəzi günlər Ələkbər xəbərdarlıq edir ki, 3-4 gün gəlməyin, yeməkxana işləməyəcək. 

Bəs o günlərin pulu hara gedir, bunun hesabatını kim aparır?

Nəhayət, mayın 10-da Ələkbər əlindəki kağızları mən oturduğum masanın üstünə qoydu və getdi. Ardınca aşpaz Xatirə də gəlib nalayiq hərəkətlər etməyə başladı. Həmin günün sabahı Ələkbər mənə yeməkxananın müdriyyəti olduğunu və istədiyini edə biləcəyini dedi və məni oradan qovdu. Əlaqədar qurumlara müraciət edirəm ki, onların özbaşınalığına son qoysunlar”.

Şəymən