Yeni il gecəsi yenə “Qış nağılı”, “Əjdaha başı” olacaq?

Elçin Əlibəyli: “Rusiya kanalları bayram proqramını avqustdan çəkib hazırlayıb”
“Amma Azərbaycan televiziyalarının nə belə imkanları, nə də bu qədər geniş fantaziyaları var”



Yeni ilə qədəm qoymağımıza artıq sayılı günlər qalıb. Bayramın gəlişinə təkcə uşaqlar deyil, eyni
zamanda valideynlər, dövlət müəssisələri və digər qurumlar da hazırlaşır. Məhz bu ərəfədə görülən işlər, yaradılan bayram əhval-ruhiyyəsi Yeni ilin gəlişini hiss etdirir. Təbii ki, Yeni il bayramının gözəlliyi təkcə bəzədilən yolkalarla bitmir. Yaşadığımız, gördüyümüz hər yerdə bayram ab￾havasının yaradılması da əsas amillərdən biridir. Bayramın gəlişindən insanlar yenilik gözləyirlər.

Tamaşaçıların Yeni ildə telekanallardan umacaqları da var. Buna görə Yeni il gecəsinə telekanallar
xüsusi proqramla hazırlaşır. Rusiya, Türkiyə və dünyanın bir çox telekanalları Yeni ildə xüsusi
proqramlarla tamaşaçı qarşısına çıxır. Azərbaycan telekanalları Yeni il gecəsi tamaşaçıya nə təqdimedəcək? Məlumdur ki, Azərbaycan tamaşaçısı son illər Türkiyə və Rusiya telekanallarını izləməyə daha çox üstünlük verirlər. Bir sözlə, Azərbaycan telekanalları əslində bu gün tamaşaçı qıtlığı ilə üz- üzə qalıb. Nə qədər qəribə olsa da, Yeni il gecəsi tamaşaçı öz yerli telekanallarımızı izləməyə
üstünlük verir. Təbii ki, izləməyə maraqlı nəsə taparsa. Azərbaycan telekanalları Yeni il gecəsində
standart, hər il biri-birini təkrarlayan proqramlarla tamaşaçını özündən uzaqlaşdırır. "Qış Nağılı”,
"Əjdaha başı” kimi Yeni il buraxılışından tamaşaçı artıq yorulsa da, hələki, standart formatdan
kənara çıxa bilmir

.
Azərbaycan telekanalları nə vaxta qədər sovet dövrünün stereotipləri ilə tamaşaçı qarşısına çıxacaq?

Suallarımıza teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Televiziya və Radio
Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli cavab verdi:


 "Əvvəla onu deyim ki, Türkiyə də heç də Yeni il gecələri xüsusi şəkildə keçirilmir. Uzaq başı, xüsusi buraxılışlar olur. Qaldı bizim  tamaşaçılarımıza, onlar hələ sovet dönəmindən öyrəşiblər ki, Yeni il gecəsində xüsusi "Qoluboy Oqonek” proqramları, ya da teatraşlaşmış proqramlar təqdim olunurdu. Yaxud da xüsusi konsert proqramları olurdu. Azərbaycan televiziyasında da hər il 31 dekabrda bir ənənə var idi ki, xüsusi proqramlarla tamaşaçıların görüşünə gəlirdi və gecə saat 12 tamam olduqda mütləq Zeynəb Xanlarova oxumalı idi. Bunlar sovet dönəmindən qalan stereotiplər idi. Televiziyada əslində belə anlayış yoxdu. Yeni il gecəsində xüsusi şoular nadir hallarda dünya telekanallarında hazırlanır.

Adətən həmin gecə həftənin hansı gününə düşürsə, həmin günü verilişlər xüsusi buraxılışda efirdə
olur. Bəzi dünya kanalları müəyyən şou-proqramlar, "olivye” şoular təqdim edirlər. Onu da qeyd
edim ki, Yeni il gecəsində tamaşaçı üçün xüsusi bayram proqramı hazırlamaq borc sayılmır. Yəni
telekanal mütləq bunu etmək məcburiyyətində deyil. Televiziya sadəcə olaraq çox maraqlı olmağa
çalışmalıdır. 10 ilə yaxındır ki, Rusiyanın dövlət kanalı olan RTR, eyni zamanda Rusiyanın 1 kanalı
Yeni il gecəsini reklamsız qurur. Bu çox böyük üstünlükdür. Çünki reklamların çox olması
tamaşaçını yorurdu. Bu baxımdan Rusiya telekanallarının bu addımı təqdirəlayiqdi. Eyni zamanda
Rusiya kanalları il ərzində elə filmlər var ki, onları göstərmirlər, məhz Yeni il gecəsi o filmlər,
televiziya tamaşaları təqdim olunur. Axşam saat 9-dan sonra isə Rusiya kanallarının əksəriyyətində
"olivye” proqramlar təqdim olunur. Maraqlısı isə odur ki, Rusiya telekanalları çalışırlar ki, "olivye”
şoularını da nostalji üzərində qursunlar. Tutaq ki, hər dəfə bir mövzunu götürürlər və çalışırlar ki, o
tematika üzərində mahnılar seçilsin. Həmin müğənnilər də həmin mahnıları ifa edirlər. Maraqlısı
odur ki, Rusiyanın birinci kanalı artıq avqust ayında Yeni il gecəsinin çəkilişlərini bitirmişdi. Bu
barədə Rusiya mətbuatında məlumatlar da yer almışdı. Yəni avqustun əvvəlində 31 dekabr gecəsi
üçün verilişlərin çəkilişi bitib. Bir-iki ay bu verilişlərin montaj prosesi aparılır. Amma Azərbaycan
televiziyalarının nə belə imkanları, nə də bu qədər geniş fantaziyaları ola bilər. 

Bizim telekanallarda 28-29 dekabrda çəkiliş aparırlar, 2 gün ərzində onu montaj edirlərsə, hansı müqayisədən söhbət gedə bilər? 

Heç bizim telekanallarda bu istək də yoxdu. Yəni bizim telekanallarda Yeni il proqramlarımız
bir neçə gün ərzində hazırlanır. Təbii ki, mən bunu simvolik şəkildə dedim, yəni 3-5 günə veriliş
hazırlanır. Bunun üçün nə zaman olur, nə də büdcə ayrılır. Dediyimiz xüsusi Yeni il gecələri üçün
hazırlanan şoular üçün böyük büdcə tələb olunur. İkinci tərəfdən kontingent çox ciddi bir məsələdi.
Rusiyada səhnəyə çıxan müğənnilərin də performansı fərqlidir. Onların artistlik qabiliyyəti,
performansları var. Onlara həvalə olunan obraz ətrafında bəstəkarlar çalışırlar, Yeni il üçün xüsusi
mahnı təqdim edirlər. Tamaşaçıya yeni bir təqdimatda performans təqdim edilir. Bunu Filipp
Kirkorovdan başlayaraq bir çox tanınmış Rusiyada olan sənətçilər həyata keçirir. Bizim müğənnilər
təbii ki, bunu etməyəcəklər. Çünki Azərbaycanda səhnəyə çıxan müğənnilərimiz üçün efirə çıxmağa
imkan yaradılırsa, onlar ancaq toy bazarını düşünür. Onların səhnə üçün, yaradıcılıq adına səhnədə
nəsə təqdim etməsi kimi narahatlıqları olmur. Yeganə məqsəd toy olduğu üçün Yeni il gecəsi də
səhnəyə toy repertuarı ilə çıxırlar. Bir neçə müğənnidən başqa Yeni il gecəsi üçün mahnı yazdıran
olmur. Son 25 il ərzində bir və ya iki müğənnidən başqa Yeni il üçün maraqlı mahnı hazırlayan
müğənni adı çəkə bilməzsiz. Ya da deyək ki, Yeni il üçün xüsusi "olivye” şou hazırlayıb bu gecəyə
hazırlaşsınlar, bu da televiziyalarımızda yoxdu. Müğənnilər saatlarla bu şouya hazırlaşsınlar,çəkilişlərə qatılsınlar. Bu anlayış da bizdə yoxdu. Konsert formatında nəsə çəkilirsə, müğənni tez￾tələsik gəlib bir mahnısını oxuyub qaçır ki, toyuna çatsın. Bizdə televiziyaya münasibət də bu
baxımdan fərqlidir. Bizim televiziyalardan da "olivye” proqramlar gözləmək yersizdi. Çünki bunun
üçün ilk növbədə böyük büdcə lazımdı. Bunun üçün maraqlı olan reklam şirkətləri olmur. Bizdə
tamaşaçıya amorf tamaşaçı kimi baxırlar. Rusiya telekanalları isə tamaşaçıya stabil tamaşaçı kimi
baxır. Rusiya kanalları stabil tamaşaçı seqmenti formalaşdırır, bu prinsiplə işləyir. Yeni böyük
televiziya layihələri üçün böyük büdcə lazımdır, bunun üçün reklam şirkətləri belə layihələrə heç
vaxt pul ayırmırlar. Son 10 ildə olan Azərbaycan telekanallarında olan Yeni il gecələrinə baxın.
"Azərsell” və "Baksell” şirkətləri Yeni il gecələrinə sponsorluq edib, o da saatda görünməklə. Həm
də çox ağır şərtlərlə. Az qalıb ki, Şaxta babanın geyimində də şirkətin loqosu görünsün. Bu şərtlərlə
hansı "olivye” şoudan söhbət gedə bilər? Ona görə də Rusiya telekanallarında olan "olivye”
layihələri bu gün arzulamağa da dəyməz. Çünki bizdə telekanallarda peşəkar proqram siyasəti
yoxdu. Burda yaradıcılıq olmalıdır, burda geniş fantaziya olmalıdır. Televiziya artıq aprel ayında
hazırlığa başlamalıdır ki, Yeni il gecəsi tamaşaçıya nə təqdim olunacaq. Biz bunları xəyal belə edə
bilmərik deyə, bu barədə bu gün danışmaq da yersizdi. Televiziyada peşəkar kadrlar olmalıdır. Bu
da eyni maliyyə ilə bağlıdır. Peşəkar mütəxəssisə yaxşı maaş verilməlidir ki, o gəlsin bu sahədə
işləsin. Açıq deyək ki, bu gün televiziyalarımızın o imkanları yoxdur ki, belə kadrları gətirsin,
böyük işlər görülsün. Başqa məsələdir ki, belə televiziya sahəsini bilən peşəkarları tapmaq da asan
deyil. Mənim bu sözümə kimsə etiraz edə bilərsə, buyursun. Mən sual verirəm - Azərbaycanda
peşəkar televiziya proqramlaşdırmasını bilən adam varmı? O, hansı təhsillə orda gəlib otura bilər?
Mən bu sualı bütün telekanallara ünvanlayıram. Azərbaycanda bununla bağlı nə bir təhsil
müəssisəsi, nə də xaricdə bu təhsili alan kadrımız var. 

Əgər belə təhsil ocağı yoxdursa, televiziya nə etsin, hardan peşəkar kadr gətirsinlər? 

Ordan -burdan öyrənməklə televiziya proqramını qurmaq mümkün deyil. Ona görə də eyni filmi bir vaxtda bütün kanallarımız verir. Tamaşaçı bu gün kanallarımıza baxmır. Bunu etiraf edək. İndi də rəqəmsal yayıma keçmişik, televiziyalarımızın vəziyyəti bir az da ağırlaşacaq. Niyə? Çünki reytinq şirkətləri bu günə qədər analoq yayım üzərindən qurudular hesablarını. Rəqəmsal yayıma keçəndən sonra faktiki olaraq biləcəklər ki, bizim telekanallara baxan yoxdu. Azərbaycan tamaşaçısı bizim yerli kanalları deyil, türk telekanalları izləyirlər. Azərbaycanda reklam büdcələrini konkret olaraq şirkətlər azaldacaq. Nəticədə telekanallar çox ciddi maliyyə çətinlikləri yaşayacaq. 16 il öncə demişdim ki,
Azərbaycanda normal televiziya akademiyası qurulmalıdır. İkincisi, Azərbaycanda normal reklam
siyasətini həyata keçirən qanunlar olmalıdır. Burda televiziya şirkətlərinin də öhdəlikləri olmalıdır.
Reytinq şirkətləri ilə yanaşı, ictimai rəyi formalaşdıran qurumlar olmalıdı. Hələ ki Azərbaycan
televiziyalarında ciddi dəyişiklik gözləməyə dəyməz. Mən özüm də reallığı sevən və heç vaxt
xəyallarla yaşayan insan olmamışam. Ona görə də xəyal etməyə dəyməz. Qaldı mənim özümün
televiziyaya qayıtmağıma, burda da maliyyə məsələsi özünü göstərir. Mənə yetərincə maliyyə
verilmirsə, mən o sahədə niyə çalışım? Rusiyanın məşhur müğənnisi var idi - Şalyapin. Onun
məşhur bir ifadəsi var idi - Pulsuz ancaq bülbüllər oxuyur!

Tahirə Məmmədqızı