“Yol əziyyətindən azad oldum”

Rasim Balayev Türkiyəyə getməyəcək
Xalq artistinin müalicəsini aparan həkim özü Bakıya gəlir


Xalq artisti noyabrın 22-də Türkiyəyə müalicəyə göndərilməliydi. Bu barədə xalq artistinin özü məlumat vermişdi. Məlum olduğu kimi, Rasim Balayev şəkərli diabetdən, bel və ayaq ağrılarından əziyyət çəkir.

Bu gün xalq artistinin Türkiyəyə getməsi təxirə salınıb.

 Bu barədə "Şərq”ə Rasim Balayev özü məlumat verib. "Türkiyəyə gedəsi olmadım, təxirə salındı. Müalicə üçün Türkiyəyə göndərilməliydim. 

Mənə dedilər ki, həmin nevropotoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. 

Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam”. 

R.Balayev əlavə edib ki, müalicə xərcləri dövlət tərəfindən ödənəcək: 

"Mən dövlət başçımızın və Mehriban xanımın mənə diqqət və qayğısından razıyam. Həqiqətən sənətkarlara dəyər verirlər. Müalicəm dövlət tərəfindən qarşılanacaq. Yəqin ki, böyük xərc olmayacaq. Amma dedilər, bütün problemlərim diqqət mərkəzində olacaq, nə lazımdırsa, edəcəklər”.

Tahirə