Yol - nəqliyyat hadisələri niyə çoxalıb? - Səbəblər və xilas yolları
10:54 05.06.2018
Arxiv
825
"Azərbaycanda insanların nəqliyyat hərəkətliliyi yüksəldikcə, nəqliyyat vasitələri çoxaldıqca qəzaların sayı da artır”.
Bunu "Sherg.az”a yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov söyləyib.
O vurğulayıb ki, qəzaların qarşısını almaq üçün müxtəlif araşdırmalar aparılır, yol hərəkətinin təşkilində zəif nöqtələr aradan qaldırılır:
"Bakıda və rayonlarda standartlara uyğun olmayan nəqliyyat vasitələri kifayət qədərdir. 20-30 il əvvəl istehsal edilən nəqliyyat vasitələrində təhlükəsizlik tədbirləri zəifdir. Bu maşınlar nəqliyyat hadisələri zamanı passiv və aktiv təhlükəsizlik elementləri – hava yastıqları, təhlükəsizlik kəmərləri, təhlükəsiz sükan idarəsi və s. azdır. Buna görə, qəzaların nəticələri ağırlaşır.
Qəzaların qarşını almaq üçün nəqliyyat vasitələrinin Avropa standartlarına uyğunluğu təmin olundu. Hazırda Avropa standartlarına uyğun olmayan nəqliyyat vasitələri Azərbaycana buraxılmır. Halbuki ölkə daxilində nəqliyyat şəbəkəsində istifadə edilən köhnə avtomobillər kifayət qədərdir. Bu avtomobillərlə qəza törədildikdə, ölüm hadisələri daha çox baş verir”.
F.Eyyubov hesab edir ki, xüsusi dövlət proqramı işlənilməli, istehsal tarixi 20-30 ildən əvvələ gedib çıxan nəqliyyat vasitələrinə əsaslı texniki baxış keçirilməlidir:
"Bu üsulla istismara yararlı olmayan nəqliyyat vasitələri nəqliyyat vasitələri nəqliyyat şəbəkəsindən çıxarılmalıdır. Nəticədə qəzaların ağırlıq dərəcəsi azalar.
Yol qəzaların nəticələrini aradan qaldırmaq üçün insanların yol nəqliyyat hadisələrinə münasibəti də dəyişməlidir. İnzibati cəzaların, cərimələrin ağırlaşdırılmasının ciddi nəticəsi olmayacaq. İnsana ölümdən böyük cəza yoxdur. Ona görə, hər kəs qəzalardan, yol faciələrindən nümunə götürməlidir”.
Azərbaycanda nəqliyyat problemlərini araşdırma mərkəzinin yaradılmasını təklif edən ekspert burada yol qəzalarının dəqiq analiz olunmasının vacibliyini vurğulayıb:
"Səbəbləri dəqiq müəyyən etdikdən sonra onların qarşısının alınması üçün tədbirlər görülə bilər. Bütün böyük şəhərlərdə nəqliyyat vasitələrinin ayrı-ayrı şəxslər tərəfindən idarə edilməsi problemlər yaradır. Bəziləri köhnə avtomobillərin hissələrini toplayır, dəmir tullantılarını yığıb, nəqliyyat vasitəsini təmir edirlər. Elə avtomobillər var ki, nə nömrəsi görünür, nə işıq sistemi işləyir, nə də texniki hissələri qaydasındadır. Bu çatışmazlıqları aradan qaldırmaq lazımdır”.
Qeyd edək ki, ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb. Ümumilikdə isə, 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub. Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm