Yol polisi də bütün qüvvələri səfərbər edəcək
14:22 16.01.2019
Arxiv
336
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Sherg.az"a bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən bütövlükdə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hər biri gücləndirilmiş iş saatı ilə xidmət edəcək və bütün qüvvələr səfərbər olunacaq.
V.Əsədov bildirib ki, xüsusilə yol hərəkətində təhlükəsizliyi təmin etmək, hərəkət iştirakçılarını bu vəziyyətdən çıxarmaq üçün ərazi tam nəzarət götürülməklə enişli-yoxuşlu yollar, sərt döngələr, tunellər, körpülər yol polis əməkdaşlarının nəzarətində olmaqla keçmə növbəliyi təmin ediləcək, eyni zamanda polis nəfərləri nizamlayıcı qismində xidmət göstərəcəklər:
"Ona görə də sükan arxasında olanlar yol polisi nəfərlərinin nizamlayıcı qismində olmasını diqqətdə saxlamalı və onların göstərişlərinə düzgün və dəqiq riayət etməlidirlər. Təbii ki, belə hava şəraitində birinci tövsiyəmiz odur ki, şəxsi nəqliyyat vasitələrindən imtina edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin. Digər tərəfdən belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə şərait yaradılsın. Piyadalar onlar üçün ayrılmış yollarla getməyə üstünlük verməlidir. Təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısı funksional vəzifəsini bilməli və onu düzgün yerinə yetirməlidir”.
V.Əsədov gözlənilən güclü küləklə əlaqədar da sürücülərə tövsiyə edib. O qeyd edib ki, ola bilər ki, güclü külək ağacların aşmasına təsir göstərsin: "Sürücülər avtomobillərini ağaclara yaxın yerlərdə saxlamaqdan imtina etsinlər. Hava şəraiti ilə bağlı sürüşmə ehtimalı ola bilər. Sürücülər sürət həddini minimuma endirməlidir, ara məsafələrini normadan artıq saxlamalıdır, yol nişanlarına əməl etməlidirlər. Avtomobillərin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, işıq cihazları təmiz saxlanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət