"Yolların 80 faizini yenə nənələr, xalalar, dayılar təmizləyəcək”
16:56 13.02.2017
Arxiv
965
"Küçələrin maşınlar vasitəsilə süpürülməsi haqqında ideya Nazirlər Kabinetinə göndərilib”.
Bunu Sherg.az-a sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadəni izah edərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Ekspert çoxlarını düşündürən, "bu maşınların istifadəsi ilə küçələri süpürən xadimələr işsiz qala bilər" iddiaya da aydınlıq gətirib:
"Bununla əlaqədar narahatlığa əsas yoxdur. Nazirlər Kabineti təqdim olunan ideyanı dəstəkləyib, qanunvericilik aktına çevrilməsi ilə bağlı tapşırıqlar verib. Tapşırıqların icra olunmasında isə çətinlik yoxdur. Qanunvericilikdə yol infrastrukturunun təşkili, idarə olunması qaydalarında, təhlükəsizlik normalarında bununla bağlı açıq məsələlər var. Daha da təkmilləşdirilməklə həmin məsələlərə bir daha aydınlıq gətiriləcək. sonradan isə təşkilatı işlərə başlanaraq, texnikanın alınması, gətirilməsi, idarəsi və işlənməsi təmin ediləcək. Ona görə ideya səsləndi, işləyənlər çörəksiz qalacaq söhbəti yoxdur”.
Xüsusi maşınlarla küçələrin yuyulmasının magistral yollarda aparılacağını diqqətə çatdıran Ə. Hüseynov yaşayış binalarının ətraflarının və aralarının eyni qayda ilə təmizlənəcəyini söyləyib:
"Heç kim maşınlarla binaların arasına girib, təmizlik işləri aparası deyil. Ona görə işçilərin həmin ərazilərdə fəaliyyəti qalacaq. Bakı şəhərinin magistral əhəmiyyətli küçə və prospektlərində maşınlarla təmizlik işləri aparılarsa, bu bütün təmizlənən ərazilərin maksimum 20 faizini təşkil edir. Yerdə qalan 80 faizi isə yenə həmin nənələr, xalalar, dayılar təmizləyəcək”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib. Dəyişikliklərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadə edilməsinə dair məsələlər öz əksini tapıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil