Zabrat və Maştağaya gedən sürücülərin diqqətinə: QAYDA DƏYİŞİB
11:52 08.05.2018
Arxiv
569
Bakı Olimpiya stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel istifadəyə verildi. Bu tunel Ziya Bünyadov prospekti ilə hərəkət edən avtomobillərin, aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli asanlaşdıracaq. Həmçinin "Koroğlu" metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma tunel yeni açıldığına görə sürücülər diqqət etməlidir ki, orada səhv edib cərimə olunmasınlar.
"Sherg.az" xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov avtosfer.az-a bildirib ki, tunel istifadəyə veriləndən sonra aeroport yolundan Zabrata, Mastağaya və o istiqamətə dönmək üçün hərəkət sxemi ciddi şəkildə dəyişdirilib.
"Əsas dəyişiklik ondan ibarətdir ki, Koroğlu nəqliyyat qovşağından keçərək Zabrata, Maştağaya getmək istəyənlər əvvəlki kimi Sabunçu qovşağıdakı körpünün yanından sağa dönə bilməyəcəklər. Tunellə eyni zamanda həmin istiqamətə dönmək üçün yeni bir yol da istifadəyə verilib. Koroğlu qovşağından keçib Zabrata, Maştağaya dönmək istəyən sürücülər, körpülərin altından keçəndən az sonra sağa şaxələnən iki zolaqlı yola keçməli və tunelin çıxışının sağ tərəfindən keçərək körpünün üstünə qalxmaqla əvvəlki kimi sözügedən istiqamətlərə gedə bilərlər. Sürücülər diqqət etməlidirlər ki, tunelin çıxışından sonra aeroport yolunun əsas hissəsi ilə düzünə gedən nəqliyyat vasitələrinin tunelin çıxışı istiqamətində sağa dönməsi və körpünün üstünə qalxması qadağan olunub.
Ə. Hüseynov bildirib ki, indiki vəziyyətdə yalnız tuneldən çıxan nəqliyyyat vasitələri sola yer dəyişmə edib aeroport istiqamətindən hərəkətlərini davam etdirə və tuneldən çıxandan sonrada yenə də körpünün üzərinə qalxalaraq Zabrat Maştağa istiqamətinə dönə bilərlər.
"Tunelin sol tərəfindən keçən nəqliyyat vasitələri isə yalnız düzünə hərəkət edə bilər. Sürücülər nəzərə alsınlar ki, burada aeroport yolunun bəzi yerlərində olduğu kimi, qoşa xətt deyil, standarta, qanunvericiliyə uyğun olaraq 1.11 nişanlanma xətti çəkilib. Həmin 1.11 nişanlanma xətti tunelin çıxışını keçdikdən sonra aeroport yolunun əsas hərəkət hissəsindən sağa yerdəyişməni qadağan edir. Lakin tuneldən çıxanların sola yerdəyişmə edərək aeroport istiqamətində hərəkətlərini davam etməsinə icazə verir. Buna diqqət etmək lazımdır, çünki tunelin çıxışından sonra aeroprta gedən əsas yoldan sağa dönmək istəyən sürücülər həmin xəttin tələblərini pozacaq və buna görə Dövlət Yol Polisi əməkdaşları onların barəsində cərimə yaza bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə