Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri ilə görüşüb
10:01 09.09.2016
Arxiv
485
Londonda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil olunan rəsmi görüşdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli əsasda və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.
Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm