Zakir Həsənov NATO toplantısında iştirak edəcək





İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.