Zakir Həsənovdan komandirlərə CİDDİ TAPŞIRIQ
13:06 21.09.2017
Arxiv
373
Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən müdafiə naziri bildirib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, ali baş komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov bildirib ki, ali baş komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir.
Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, ali baş komandanın orduya göstərdiyi ən ali diqqət və qayğısıdır. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.
Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya