Zatulinlər, kazimirovlar anti-Azərbaycan mövqelidirlər - Onlar hər zaman cəfəngiyyat danışırlar

Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib. 
Azərbaycan XİN bu təşəbbüsü pisləyib və belə görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.
"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli isə "Şərq”ə açıqlamasında Zatulin, Kazimirov kimilərin anti-Azərbaycan mövqeyi ilə seçilən rus siyasətçiləri olduğunu deyib: 
"Ümumiyyətlə, son vaxtlar erməni separatçılarının Rusiyaya səfəri çoxalıb. Bu yaxınlarda da separatçıların "prezidenti" Rusiyada səfərdə olub. Bütün bunlarla Rusiya Azərbaycanı təhdid, təzyiq edir ki KTMT yə müşahidə qismində üzvlüyümüzə nail olsunlar. Azərbaycan qətiyyən bu cür təzyiqlərə boyun əyməməlidir və Rusiyaya ciddi təpkimizi göstərməliyik. 
Azərbaycan Qarabağ problemi barədə Rusiya ilə konkret məsələləri aydınlaşdırıb və buna uyğun addımlarını atmalıdır. 2019-cu ildə Azərbaycan Rusiya və Rusiyasız ərazi bütövlüyünə qovuşmalıdır. Buna da ancaq güc yolu ilə nail ola bilərik. Yəni Azərbaycan Ermənistanla müharibəyə hazırlaşmalıdır”.
Şəymən