Zəngəzur bölgəsinin tarixinə dair dissertasiya müdafiəsi... Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr – XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiə edib. Dissertasiya işinin elmi rəhbəri akademik Yaqub Mahmudovdur.
İddiaçı mövzunun aktuallığını çağdaş Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasının aparıcı alimləri ilə görüşündə Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən, obyektiv şəkildə öyrənilməsi barədə tarixçilərimizə verdiyi tövsiyə ilə əlaqələndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə Zən¬gəzu¬run tarixi Azər¬baycan torpaqları olması və bu torpaqların ba¬ğış¬la¬nıl¬maz bir səhv olaraq 1918-1929-cu illərdə ermənilərə verilməsi, müvəqqəti itirilmiş Azər¬baycan tor¬paqlarının tarixinin tədqiqinin vacibliyi barədə, tarixi Azərbaycan-türk torpağı Zəngəzurun azad ediləcəyinə özünün və xalqımızın dərin inamını ifadə edən fikirlərini xatırladıb.
Dissertasiya Şurasının üzvlərinin çıxışlarında Azərbaycan tarixşünaslı¬ğın¬da ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Zəngəzur böl¬gə¬sində əha¬li¬nin demoqrafik durumu, köç, deportasiya, etnik təmizləmə, soyqırımı, işğal tarixinin ardıcıl, sistemli şə¬kil¬də, arxiv ma-terialları, el¬mi-tarixi mənbələrə əsaslanaraq tədqiq edildiyi faktlarla vurğulanıb. Dissertasiyada mühüm nəticələrin, elmi yeniliklərin əldə edildiyi, istinadların, qaynaqların zənginliyi xüsusi qeyd edilib.
Hacı Abdullaya tarix üzrə fəlsəfə doktoru elmi adı verilməsi barədə qərar yekdilliklə qəbul olunub.
Qeyd edək ki, H.Abdulla 12 kitabın, o cümlədən doğma Zəngəzur torpaqlarının keçmişi ilə bağlı 4 kitabın, xarici ölkələrdə və respublikamızda çıxan elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifi, "Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranıdır. O, 16 ildən çox AZƏRTAC-ın "Zəngəzur” İnformasiya Mərkəzinin direktoru, buraxılış redaktoru vəzifəsində çalışıb.