12 dini icmaya şəhadətnamə təqdim edilib
Yusif Nəzərli
13:54 31.05.2022
Cəmiyyət
605
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 12 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.
“Report” xəbər verir ki, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda hökm sürən nümunəvi dövlət-din münasibətlərindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
O bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, ölkəmizdə ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Sevindirici haldır ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələri təqdim edən Səyyad Salahlı dövlətin din siyasətinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin daha geniş formada ictimaiyyətə çatdırılmasında, vətənpərvərlik prinsiplərinin təbliğində dini icmaların üzərlərinə düşən vəzifələrdən danışıb, onlara ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i islam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm