
14 yaşlı qıza qarşı seksual zorakılıq! – “Bu nə ilkdir, nə də son...” – Nə etməli?
Yusif Nəzərli
11:00 30.08.2022
Cəmiyyət
1560
“Həssas ailə qaruplarında uşaqların təhlükəsizliyi, onlara diqqətin artırılması istiqamətindəki işlər gücləndirilməsə və maarifləndirmə işləri aparılmasa, belə hallar təkrarlana bilər”
Bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.
Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.

Baş verən hadisənin dəhşətli olduğunu söyləyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Sherg.az”a açıqlamasında deyib ki, bu hadisə nə ilk, nə də son olacaq:
“Həssas ailə qaruplarında uşaqların təhlükəsizliyi, onlara diqqətin artırılması istiqamətindəki işlər gücləndirilməsə və maarifləndirmə işləri aparılmasa, belə hallar təkrarlana bilər. Bundan əziyyət çəkən isə yalnız uşaqlar olacaq. Hazırda həmin yeniyentmə Bərdədə reabilitasiyaya cəlb olunub.
Amma ailənin bu reabilitasiyanı nə dərəcədə davam etdirəcəyini bilmirəm. Çox istərdim ki, ailə o mühitdən bir müddətlik uzaqlaşsın. Kənarda reabilitasiyanın aparılması, onların proseslərin baş verdiyi məkandan uzaq yerləşdirilməsi daha çox məqsədə uyğundur.
Bu gün çevik ekspertlər qrupumuzla bu məsələni müzakirə etdik. Yaxın günlərdə ailə ilə görüş də planlaşdırırıq. Bu məsələdə bütün hüquqi addımlar atılıb. Təqsirləndirilən şəxslər həbs edilib.
K.Ağazadə düşünür ki, belə halların qarşısını almaq üçün uşaqlarla bağlı ciddi iş aparılmalıdır:
“Hər regionda həssas ailələrin bazaları yaradılmalıdır. Hansı ailədə uşaq tək böyüyür, nələrə ehtiyac var və.s kimi suallar aydınlaşdırılmalıdır. Bu hadisə baş verməsə, o uşağın nənə-baba ilə böyüməsindən heç kimin xəbəri olmayacaqdı. Əlbəttə ki, yeniyetmənin ailə böyüklərinin yanında böyüməsində qüsur görmürəm.
Əksinə, onların uşağa olan qayğılarını alqışlayıram. Amma uşağın valideyn diqqətindən kənarda qalması təhlükə ilə qarşılaşmasına gətirib çıxardı. Yeniyetmə uzun müddət reabilitasiya görməlidir. Bu bir neçə günlə və yaxud ayla həll olunan problem deyil. Paralel olaraq, ailə ilə də iş aparılmalıdır. Kompleks şəkilində proseslər davam etdirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm