“Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır”
Yusif Nəzərli
08:43 16.10.2021
Gündəm
422
“Bu diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə yeddinci səfəridir”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun Suqovuşan və Talışa səfəri ilə bağlı deyib.
Onun sözlərinə görə, bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.
H.Hacıyev bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplomatları sürətlə gedən yenidənqurma işləri ilə tanış etməkdir:
“Münaqişədən sonra yenidənqurma, bərpa, rekonstruksiya sürətlə həyata keçirilir. Bu, unikaldır”.
Prezidentin köməkçisi qeyd edib ki, adətən digər dövlətlər münaqişədən çıxan ölkələrə kömək etsə də, Azərbaycan bu işi özü təkbaşına görür və bunu sürətlə hərtərəfli şəkildə həyata keçirir.
O deyib ki, bu ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlak dağıdılıb:
“Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşları öz evlərinə geri qaytarmaqdır”.
H.Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də diplomatların Tərtərə səfərləri olub:
“Mən bunun üçün təşəkkür edirəm, bu, Azərbaycan xalqı ilə həmrəylik nümunəsi idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
14:41 21.11.2026
Dünya