Ermənilərin sonuncu müqaviməti də qırıldı
Yusif Nəzərli
07:43 20.11.2021
Siyasət
584
Lavrov deyirsə ki, liderlərin görüşü olacaq, demək razılaşma var
"Rusiya buna qarşılıq Qarabağda rus sülhməramlılarının statusunu təsdiq etdirmək, hətta daha bir neçə beş ilə Qarabağda qalmağı tələb edə bilər"
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyinə əmin olduğunu bildirib. Bu barədə o, Moskvada ATƏT sədri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. S.Lavrov qeyd edib ki, görüşün baş tutması üçün tərəflərin razılığı olmalıdır. “Əminəm ki, belə bir görüş baş tutacaq”, - deyə rusiyalı nazir vurğulayıb.
Mövzuya münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Lavrovun əminliklə görüşün olacağını deməsi onu göstərir ki, son hadisələrdən sonra nəhayət ki, regionda vacib anlaşmaların olması gözləniləndir. Analitikin sözlərinə görə, Ermənistan rəsmilərinin açıqlamaları da onu deməyə əsas verir ki, nəhayət, onların son müqaviməti də qırılıb: “Lakin nə qədər optimist olsaq da, qarşımızdakı erməni kimi ikiüzlü və Rusiya kimi məkrli dövlətlər var. Ermənistanın müqavimətinin qırılması heç də o demək deyildir ki, Rusiya imkan verəcək ki, Azərbaycan öz istəklərinə tam nail olsun. Bizə dəhliz lazımdır. Bu dəhlizdən gələcəkdə tək nəqliyyat üçün yox, Naxçıvanın qazla təminatı üçün qaz boru kəmərləri keçəcək. Hazırda bu işi İran vasitəsi ilə edirik. Biz İrana qazı sərhəddin Azərbaycan tərəfində veririk, əvəzində İran öz qazını Naxçıvan tərəfdən keçən sərhəddə Naxçıvana verir. Prosesin texniki tərəfləri, qaz itkisi bir tərəfə siyasi vəziyyətin də bir o qədər əlverişli olmaması da bu məsələni təhlükə altına alır. İranla olan son gərginlik buna misaldır. Bu baxımdan da, Zəngəzur ərazisindən nəqliyyat üçün ayrılan əraziyə dəhliz statusunun verilməsi bizim siyasi qazancımız olacaq”.
Politoloq hesab edir ki, Rusiyanın belə bir məsələdə Azərbaycana dəstək olması və razılıq verməsi heç də asan və siyasi baxımdan ucuz başa gəlməyəcək:
“Rusiya buna qarşılıq Qarabağda rus sülhməramlılarının statusunu təsdiq etdirmək, hətta daha bir neçə beş ilə Qarabağda qalmağı tələb edə bilər. Hər halda Zəngəzur dəhlizi açılmalıdır. Bu, Azərbaycanın əldə etdiyi uğurların üzərinə kölgə salmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya