Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib

Şirvan sakini, 1981-ci il təvəllüüdlü Nəzərov Zaur İsbat oğlu boyun nahiyəsinin arterial damarın kəsilmiş yarası, çoxlu miqdarda qanitirmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və dərhal əməliyyata götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı hələ ki, heç bir məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.