Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

Məlumata görə, Rusiyanın hərbi attaşesi yeddi gün ərzində ölkəni tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Danimarkanın bu qərarına müvafiq cavab veriləcəyini açıqlayıb.