
Direktorun artıq tamahı "baş yardı”! – Münasibət: “Rüşvətxorlar himayə olunurlar”
Yusif Nəzərli
13:33 15.12.2021
Elm və Təhsil
926
“Bir çox məktəb direktorunun hansısa məmura bağlılığı olur”
“Yüksək vəzifə tutan şəxslərin vasitəsilə rüşvətxor direktorların həbs olunmağına süni maneələr yaranır”
Məktəb direktorunun vəzifəsi "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə etməkdir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlamalıdır. Müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparmalı, daxili qiymətləndirməni həyata keçirməli və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirməlidir. Direktor olmaq üçün Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil, azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj, təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom ( sertifikat) olmalıdır.
Məktəb direktorları barəsində kifayət qədər mənfi xəbərlərlə qarşılaşırıq. Hətta şahidi oluruq. Bir çox insan təhsil aldıqları məktəblərdə direktor özbaşınalığından danışa bilər. Direktorların adı ən çox korrupsiyada hallanır. Bu məqamda “Artıq tamah baş yarar” deyimi yerinə düşür. Yəni bəzi direktorların artıq tamahı başlarını yarır. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində acgözlülülüyün bəlasına düşürlər.
Məsələn, elə bu günlərdə 189-190 tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısı yayılıb. Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məktəb direktorlarının yol verdiyi qanunsuzluqlar barədə “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi məmurların gizli dəstəyi direktorların özbaşınalığına səbəb olur:
“Qanunvericiliyə görə məktəb direktorlarının şagirdlərdən, müəllimlərdən və digər işçilərdən pul yığması yolverilməzdir. Belə hallar korrupsiya faktıdır. Həmin şəxs haqqında cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar verilməlidir. Demək olar ki, bir çox təhsil müəssisəsində korrupsiya hallarına yol verən direktorlar hələ də var.
Müvafiq orqanlar korrupsionerlərin həbs olunmağı ilə bağlı qərar verməyi bacarmalıdırlar. Əlavə olaraq, bir çox məktəb direktorunun hansısa məmura bağlılığı olur. Yüksək vəzifə tutan şəxslərin vasitəsilə rüşvətxor direktorların həbs olunmağına süni maneələr yaranır. Həmin şəxs sadəcə tənbeh edilir, sonra da məsələnin üzərindən keçilir.
Məktəb direktorlarının işə qəbulu zamanı yoxlama aparılmalıdır. Pedaqoji faəliyyəti zamanı korrupsiya halına yol verib-vermədiyi yoxlanılmalıdır. Kiminsə tapşırığı ilə məktəb direktoru olanlar nöqsanlara yol verirlər. Hüquq-mühafizə orqanları bu məsələni tam yoxlamalıdırlar və belə direktorların arxasında dayanan məmurları tapıb çıxarmalıdırlar. Hüquq-mühafizə orqanları bu sahə üzrə səmərəli şəkildə işləyirlər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial
Xərçəngə səbəb olan qidalar - Siyahı yeniləndi
08:20 20.11.2026
Sağlamlıq
Karles Puyola vəzifə verildi
07:51 20.11.2026
Futbol
Bella yeni sevgilisi ilə xoşbəxt görünür
05:25 20.11.2026
Şou
Uşaqlar arasında anemiya halları artır: Əsas səbəb nədir?
04:50 20.11.2026
Sağlamlıq
Pentaqonda ciddi sursat çatışmazlığı üzə çıxıb
04:14 20.11.2026
Hərbi
AB-nin bu strategiyası qaydaları pozur - Bolat
03:33 20.11.2026
Region