Türkiyə PA: Ərdoğan Putin və Zelenski ilə dialoqu davam etdirir
Yusif Nəzərli
18:44 09.04.2022
Dünya
559
"Türkiyə beynəlxalq arenada sülh və sabitliyə töhfə verməkdə davam edir, münaqişə zonalarında zorakılıq səviyyəsini azaltmaq üçün səy göstərir".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
F.Altun Türkiyənin Ukraynadakı müharibəyə son qoymaq üçün sülh təşəbbüslərinə diqqət çəkib.
“Rəcəb Tayyib Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə yaxın dialoqu davam etdirir. Fevralın sonundan indiyədək Ərdoğan hər iki ölkənin liderləri ilə dəfələrlə telefonla danışıb”, - Altun bildirib.
İdarə rəisi Ukraynada baş verənlərin mövcud dünya nizamının ədalətsizliyini bir daha göstərdiyini vurğulayıb.
“İkinci Dünya Müharibəsindən sonra formalaşmış hazırkı dünya sistemi öz səmərəsizliyini dəfələrlə sübut edib. BMT problemləri qanunun aliliyi çərçivəsində həll etmək əvəzinə, yalnız fikir ayrılıqlarının həllini gecikdirir. Müharibə iştirakçılarından biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan kimi təşkilatın işi dayanır. BMT Təhlükəsizlik Şurası hüququ pozulan dövləti deyil, beş gücün maraqlarını dəstəkləyir”, - Altun qeyd edib.
Prezident Administrasiyası nümayəndəsinin sözlərinə görə, Ankaranın planına görə, BMT Təhlükəsizlik Şurasında beş deyil, 20 dövlət təmsil olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial