Koronavirusun yeni ştammı Şanxayda ciddi fəsadlara yol açıb
09:08 10.04.2022
Dünya
604
Koronavirusun (COVID-19) yeni ştammı Çinin Şanxay şəhərində həyatı iflic vəziyyətə gətirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə qida məhsulları və dərman qıtlığı yaranıb. Yeni ştammla bağlı tətbiq edilən qapanma həm də ölkə iqtisadiyyatına və bütün qlobal təchizat zəncirinə ağır zərbə vurub. Hazırda dünyanın ən böyük limanı olan Şanxay limanında yanacaq da daxil olmaqla milyardlarla dollar dəyərində yük qalıb.
Bununla belə, karantin rejimi yoluxmaların sayına ciddi təsir göstərə bilmir. Sutka ərzində onminlərlə yeni yoluxma halları aşkar edilir. Şəhər küçələrində hərbçilər patrul çəkir. İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, müəssisələr bağlanıb. Sakinlər evlərini tərk etmək üçün COVİD-testi verməlidirlər.
Yerli həkimlərə ölkənin bütün bölgələrindən ezam olunmuş 10 min tibb işçisi köməklik edir. Əksəriyyəti simptomsuz olan xəstələr stadionlarda yerləşdirilir. Uzun müddətdir ki, xəstəxanalarda çarpayı yoxdur. Xəstələrlə təmasda olanlar məcburi qaydada özlərini təcrid etməlidirlər.
Ekspertlərin fikrincə, Şanxayda tətbiq edilən qapanma iki həftə ərzində Çin iqtisadiyyatına təxminən 30 milyard dollara başa gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət