Xəstə də, həkim də azərbaycanlı... - Türkiyədə qarşılaşdılar
Yusif Nəzərli
20:14 11.04.2022
Sağlamlıq
715
69 yaşlı Gülarə Fətullayeva əllərindəki titrəmələrdən uzun müddət əziyyət çəkib, müalicə olunub, dava-dərman qəbul edib. Lakin xeyri olmayıb. Əllərindəki titrəmə həyatını kabusa çevirib. Nəhayət Türkiyəyə gedib və dərdinə çarə tapıb. Həm də azərbaycanlı həkimin müalicəsiylə. Ölkədə 10 il aldığın müalicələr effekt verməyə, açmadığın həkim qapısı qalmaya, sonunda çarəni Vətəndən kənardakı həmyerlindən tapasan. Gülarə Fətullayevanın qəribə taleyini “Şərq” “Milliyet.com”a istinadən təqdim edir. G.Fətullayeva xəstəlik tarixçəsini danışıb:
“Əllərim titrəyir deyə, bir iş görə bilmirdim. Əlim bir şey alsam, yerə salacam deyə, qorxurdum. Yemək hazırlaya bilmirdim, ev işləri görə bilmirdim. Gecələr yata bilmirdim. Ağrılarım başlayırdı. Yataqda dönə bilmirdim, ayağa qalxanda qorxurdum ki, birdən yıxılaram.
Buna görə evdən bayıra da çıxmırdım. 10 il getmədiyim həkim, içmədiyim dərman qalmadı. Amma bir faydası olmadı. Mənə Türkiyəyə getməyi məsləhət gördülər. Bura gəldim. Burda “idiopatik parkinson” diaqnozu qoyuldu.
Burda nevroloq həkim Nihat Mustafayev məni müalicə etdi. Bildim ki, həkim azərbaycanlıdır. Əl titrəmələri, ağrılarım demək olar yoxdur”, söyləyən G.Fətullayeva normal həyata döndüyünü deyib. Həkim N.Mustafayev isə bildirib ki, Parkinson xəstəliyi özünü büruzə verməzdən əvvəl əlamətləri başlayır. Bu ərəfədə insanda qəbizlik, yuxu pozuntusu, yuxudaykən qışqırmaq, qorxu hissi, qol və ayaqlarda nizamsız hərəkətlər yarana bilir.
Belə insanlarda Parkinson xəstəliyinə tutulma təhlükəsi yüksəkdir. Əlamətlər özünü göstərdikdə, müayinə olunmaq lazımdır. Əgər Parkinson əlamətləri müəyyənləşərsə, dərhal müalicəyə başlanmalıdır. Erkən müalicənin təsiri daha qüvvətli olur.
Digər mərhələlərdə də diaqnoz düzgün qoyulduqda Parkinson xəstəliyini müalicə etmək mümkün olur. Parkinson müalicəyə tabe olan xəstəlikdir. Dərman preparatları, fizioterapiya ilə ağırlaşmanın qarşısını almaq olur, xəstə normal həyat şərtləri altında yaşaya bilir.
Bu xəstəliyə 60 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Ancaq genetik səbəblərlə 40 yaçdan sonra da yarana bilər. Hər titrəmə Parkinson xəstəliyi deyil. Bu xəstəlikdə titrəmələr bədən istirahət halındaykən baş verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial