Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA
Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA
Yusif Nəzərli
07:30 04.08.2022
Cəmiyyət
603
Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb. Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.
İlkin məlumata görə, onun hamilə olduğu deyilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub:
“Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyülərək küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır”.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, 04.08.2022-ci il tarixində saat 08:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə 1992-ci il təvəllüdlü qadın gətirilib:
“Qadın bədəninin müxtəlif növ nahiyələrinin qapalı travması diaqnozu ilə xəstəxananın Təcili Tibbi Yardım Bölməsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Rentgen və ultrasəs müayinələrdən (USM) keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət