77 nəfər saxlandı
Yusif Nəzərli
03:34 05.08.2022
Cəmiyyət
695
Onlar narkomaniyanı yayan, silsilə oğurluq, dələduzluq edən və qanunsuz silah gəzdirən insanlardır
Millət vəkili: "Bu kimi hallara qarşı mübarizə sistemli və kütləvi şəkildə, fasiləsiz aparılmalıdır. Təbii ki, vətəndaşlar özləri də bu prosesdə iştirak etməli, ictimai qınaq daha da güclənməlidir"
Respublika ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam edir.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 77 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatlara görə, həmin şəxslərdən 52-si narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 36-sı barəsində məhkəmə tərəfindən həbs, 16-ı haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Narkomaniyanı cəmiyyətləri narahat edən sosial problemlərdən biri kimi dəyərləndirən millət vəkili Könül Nurullayeva "Şərq"ə açıqlamasında bildirib ki, həyata keçirilən tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətlərin bu istiqamətdə sərt addımlar atmasını şərtləndirir. Bütün ölkələr kimi Azərbaycanın da bu bəla ilə aktiv mübarizə apardığını vurğulayan xanım deputat bildirib ki, burada ən narahatedici məqam “ağ ölüm”ün daha çox gənclər üçün təhlükəyə çevrilməsidir:
"Nəticə etibarı ilə bu, intellektual potensialın aşağı düşməsinə, genefondun zədələnməsinə səbəb olur. Məlumdur ki, gənc nəslin sağlamlığı, onların sağlam həyat tərzinin təmin olunması əsas prioritetdir. Bu baxımdan dövlət narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə ən sərt tədbirlər həyata keçirir. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Prezident fərmanı, eyni zamanda 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanmasını yada salmaq yerinə düşər. Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Təsadüfi deyil ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının da əsas məqsəd və vəzifələrindən biri gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikasıdır".
Millət vəkilinin sözlərinə görə, bütün tədbirlər bu problemin kökünü kəsməyə, cəmiyyəti ağ ölümdən xilas etməyə yönəlib. Amma təəssüf ki, yenə də gənclər, yeniyetmələr narkotik alverçilərinin toruna düşürlər: "Narkomanlığa qarşı mübarizədə dövlət və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub. Hesab edirəm ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsində təbliğat, ictimai maarifləndirmə işinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunması olduqca vacibdir. Qəbul olunan Dövlət proqramlarının icrasına nəzarət güclənməli, gənclərin idmana olan marağı daha da artırılmalıdır ki, bu zərərli vərdişlərdən uzaq olsunlar.
Yəni narkomaniyaya qarşı mübarizə sistemli və kütləvi şəkildə, fasiləsiz aparılmalıdır. Təbii ki, vətəndaşlar özləri də bu prosesdə iştirak etməli, ictimai qınaq daha da güclənməlidir. Çünki bu, yalnız fərdlərin yox, bütövlükdə cəmiyyətin problemidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət