
Azyaşlı uşaqlar spirtli içki qəbul etdilər! – “Bu qurumlar hərəkətə keçsin!” + VİDEO
Yusif Nəzərli
14:04 09.08.2022
Cəmiyyət
648
“Aidiyyəti orqanlar lazımi mexanizmləri işə salmalıdır. Hansı səviyyədə olması fərq etməz”
“Əsas məqsəd qarşısını almaqdır. Bir çox ölkələrin dünya təcrübəsində də belədir"
Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib. Bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb. Videodan da aydın olur ki, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək, spirtli içki içirlər. Videonu izləyən insanlar görüntüdəki uşaqların məlum hərəkətlərini qınaq obyektinə çeviriblər.

Sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, belə hallar tez-tez müşahidə olunur:
"Ölkəmizdə analoji məsələlərlə bağlı valideynlərin məsuliyyəti az qala sıfır səviyyədədir. Üstəlik kənar şəxslərin də düşünülməmiş hərəkətləri azyaşlıları spirtli içkiyə meyilləndirir. Ona görə də cəzaların icrasına ehtiyac var. Maarifləndirmə kimi söhbətlərin heç bir xeyiri yoxdur.
Tamamilə mənasızdır. 18 yaşına qədər uşaqlara siqaret və alkaqollu içkilərin satılmasına icazə verən, göz yuman mağazalara, iaşə obyektlərinə sərt cəzalar tətbiq edilməlidir. Həmçinin buna yol verən valideynlər də məsuliyyətə cəlb olunmalıdırlar.
Əks təqdirdə yeniyetmə və gənclərin tüfeyli həyata sürükləndiyinin şahidi olacağıq. Cəmiyyətin düşüncələri, fikirləri dəyişmədiyi üçün dövlət özü məcburi qanun, cəza ilə bu davranışları tənzimləməlidir, qaydasına qoymalıdır. 20 ildir, görürük, danışırıq, deyirik. Heç bir faydası yoxdur.
Hökumət sağlam gələcəyimiz üçün azyaşlılara sahib çıxmalıdır. Lazımi mexanizmləri işə salmalıdır. Hansı səviyyədə olması fərq etməz. Əsas məqsəd qarşısını almaqdır. Bir çox ölkələrin dünya təcrübəsində də belədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı