Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr...
Yusif Nəzərli
08:52 04.04.2023
Siyasət
579
Aprelin 3-də Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən verilən xəbərə görə, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi perspektivləri, siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Xələf Xələfov münasibətlərin hazırkı yüksək səviyyəsinin təmin olunmasında son illərdə yüksək səviyyəli siyasi dialoqun davam etməsinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərlərinin xüsusi rol oynadığını vurğulayıb.
2020-ci ildə iki ölkə arasında imzalanmış Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin, habelə müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin, eləcə də çoxsaylı hökumət və parlament nümayəndə heyətlərinin səfərlərinin və birgə olaraq həyata keçirilmiş bir sıra strateji layihələrin əhəmiyyəti qeyd olunub.
Edmondo Çirielli ölkələrimiz arasında mövcud olan çoxölçülü strateji tərəfdaşlıqdan məmnunluqla danışaraq, münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın bölgədə mərkəzi rola malik olduğunu, iki ölkə arasında genişspektrli iqtisadi gündəliyin mövcudluğunu, uzun illər Azərbaycanın İtaliya üçün mühüm enerji təchizatçısı olduğunu, Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans Adriatik qaz boru kəmərinin fəaliyyətə başlamasından sonra Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da artdığını diqqətə çatdırıb.
Azərbaycanda uzun illər çoxsaylı italyan şirkətlərinin uğurla fəaliyyət göstərdiyini, iki ölkənin həyata keçirdiyi layihələrin bölgədə və ondan kənarda əməkdaşlığın və inkişafın təmin olunmasındakı əhəmiyyətini vurğulayıb.
X.Xələfov görüş zamanı Vətən müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reallıqlar, davamlı sülhün və sabitliyin bərqərar olunması, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib və bu layihələrdə italyan şirkətlərinin fəal iştirakının dostluğumuzun bariz nümunəsi olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılmasının zəruri olduğunu diqqətə çatdırıb, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin Cənubi Qafqazda sülh quruculuğuna təhlükə yaratdığını qeyd edib.
E.Çirielli Azərbaycanın bölgədə sülhün bərqərar olunması istiqamətində səylərinin təqdirəlayiq olduğunu, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək, bu xüsusda İtaliyanın müvafiq töhfələr verməyə hazır olduğunu bildirib.
Siyasi məsləhətləşmələrdə iki ölkə arasında humanitar sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Heydər Əliyev Fondunun mühüm rola malik olması vurğulanıb. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının, Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının tərəfdaşlığımızın şaxələndirilməsindəki əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələrdə, habelə regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən digər mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, strateji dialoqun və hökumətlərarası komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm