Azərbaycanın əsas hədəfləri
Yusif Nəzərli
08:35 29.04.2023
Aktual
700
2027-ci ilə qədər Avropaya 24,5 milyard kub metr qaz ixrac olunacaq
Yaxın vaxtlarda Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərin sayı 6-dan 10-a yüksələcək
Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Bunun əsas səbəbi bir çox Avropa dövlətlərinin Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab etmələridir. Təsadüfi deyil ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında "Strateji Tərəfdaşlıq haqqında " Bəyannamə imzalanıb.
Aprelin 25-də Sofiyada 4 Avropa ölkəsi - Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Prezident cənab İlham Əliyev son illər Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində rolunun artdığını vurğulayıb. Yunanıstan və Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının şaxələnməsinə böyük təkan verib.
Ötən ay Bolqarıstan Prezidentinin Azərbaycana səfərini xatırladan Milli Məclisin deputatı, professor Kamilə Əliyeva “Şərq”ə açıqlamasında deyib ki, bu, iki ölkə arasında iqtisadi əlaqələr ilə yanaşı, siyasi münasibətlərin də yüksək səviyyədə olduğunu göstərir: “Bu gün Bolqarıstanla Azərbaycan dost və strateji tərəfdaş dövlətlərdir. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsi ilə yanaşı bir sıra sahələrdə də əməkdaşlıq edir və ölkəmizə etibarlı tərəfdaş kimi hörmət bəslənir. 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan Avropaya ixrac edilən təbii qazın həcminin 2 dəfə artırılması nəzərdə tutulur. 2021-ci ildə Azərbaycandan Avropaya 8 milyard kub metr qaz ixrac edilib və bu il həcmin 12 milyard kub metrə çatdırılması nəzərdə tutulub. 2027-ci ilə qədər Azərbaycandan Avropaya 24,5 milyard kub metr qazın ixrac olunması hədəfə alınıb. Bu gün Azərbaycan qazı qonşu Türkiyə və Gürcüstanla yanaşı Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Bu ildən Azərbaycan Rumıniyaya da qaz ixracı həyata keçirir və yaxın aylarda Macarıstan və Slovakiyaya da qaz ixrac olunacaq”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi kəməri vasitəsilə ixrac olunan qaz Albaniya ərazisindən keçdiyindən Avropada tərəfdaş dövlətə çevriləcək: “Yaxın vaxtlarda Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərin sayı 6-dan 10-a yüksələcək və gələcəkdə bu ölkələrin sayı artacaq.
Azərbaycan Avropaya təbii qaz ixracı ilə yanaşı, artıq 20 ildir ki, xam neft ixrac edir və ölkəmiz neft ixracında da etibarlı tərəfdaş ölkə olduğunu sübut edib. Bununla yanaşı, bərpaolunan enerji sahəsində də Azərbaycanda böyük layihələr həyata keçirilir. Ölkəmizdə külək və günəş enerjisi stansiyalarının inşa edilməsi istiqamətində işlər aparılır. Yaxın gələcəkdə Azərbaycandan Avropaya yaşıl enerji ixracının da həyata keçirilməsi üçün hazırlıq davam etdirilir. Bu gün Azərbaycanın sayəsində Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, "Avropanın enerji xəritəsi yenidən cızılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz