Bolqarıstanda 70 avtomobilin iştirakı ilə zəncirvari qəza: 11 ölü, 48 yaralı

Bolqarıstanda sıx duman səbəbindən Sofiya–Burqas avtomobil yolunda 70 nəqliyyat vasitəsinin iştirakı ilə iki ayrı zəncirvari qəza baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 48 nəfər yaralanıb.

Sherg.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, qəzalar yerli vaxtla saat 07:00 radələrində Yambol şəhəri yaxınlığında qeydə alınıb.

Yaralılar əsasən Sliven və Yambol xəstəxanalarına yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım maşınları, helikopter və 14 yanğınsöndürmə briqadası cəlb olunub.

Qəza səbəbindən avtomobil yolunun hər iki istiqamətdə hərəkəti dayandırılıb.