Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasının gücləndirilməsinin vacibliyini bəyan edib.
Sherg.az xəbər verir ki, Matviyenko ölkədə qanuni miqrasiya sisteminin yaradılmasının və miqrantların yerli mədəniyyətə, adət-ənənələrə uyğunlaşmasının vacibliyini vurğulayıb.
O bildirib ki, miqrantlar cəmiyyətdən təcrid olunmuş anklavlar yaratmamalı, Rusiya cəmiyyətinin həyat tərzinə uyğunlaşmalıdırlar. Matviyenko, həmçinin qanunsuz miqrasiyaya nəzarətin gücləndirilməsinə çağırıb.