
Miokardit nədir? - Sipmtomları
Yusif Nəzərli
09:22 18.07.2023
Sağlamlıq
1537
Miokarditə qadınlarda daha çox rast gəlinir Bu zaman xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar müşayiət olunur
Miokardit ürək əzələsinin iltihablaşması və bunun nəticəsində ürəyin fəaliyyətinin pozulmasıdır. Miokarditin ağırlaşmış formaları həyati təhlükə daşıyır.
Kişilərdə daha çox rastlanan miokardit ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir. Əsas əlamətlər ürək nahiyəsində ağrı, təngnəfəslik, ürəkdöyünmə, ayaqlarda ödəm, zəiflik, başağrısı, tez yorulma, tərləmə, zökəm, əzələ və oynaqlarında ağrılar, mədə-bağırsaq sistemində dəyişikliklərdir.
Miokardit vaxtında müalicə olunmadıqda — kardiosklerozun, ürək çatışmazlığının, qazanılmış ürək qüsurunun inkişafına səbəb olur ki, bu da cərrahi müdaxiləni qaçılmaz edə bilər.
Miokarditin müxtəlif səbəblərdən yarandığını vurğulayan ürək-damar cərrahı Ramil Əliyevin “Sherg.az"a açıqlamasına görə, xəstəliyə kişilərdə yox, qadınlarda daha çox rast gəlinir:

“Miokardit ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir. Ən çox infeksion mənşəli və ya infeksion-toksik mənşəli miokarditlərə rast gəlinir. Virus etiologiyalı miokarditlər də nisbətən geniş yayılıb. Xəstəlik zamanı ürək əzələsində iltihabi hüceyrə infiltratı, stromanın ödemi, nekrozu, distrofiyası kimi dəyişikliklər baş verir. Sol mədəciyin sistolik funksiyası və sol mədəciyin diastolik funksiyası zəifləyir. Kiçik və böyük qan dövranında durğunluq müşahidə olunur. Miokardit zamanı xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar, mədə-bağırsaq sistemində dəyişikliklər müşayiət olunur.
Xəstədə zökəm əlamətləri meydana çıxır. Xəstələr ürək nahiyyəsində ağrıdan, təngnəfəslikdən, ürək döyünmədən, ayaqlarda ödəmdən şikayət edirlər. Xəstəliyə diaqnoz qoymaq üçün xəstədən toplanan anamnezin, EKQ-nin, ürəyin auskultasiyasının rolu böyükdür. Müalicəsində fiziki aktivliyin məhdudlaşdırılması, dezintoksikasiyaedici dərman maddələrindən istifadə edilir. Lazım gələrsə antihistamin dərman maddələrinin qəbulu da məsləhət görülür. Ürək çatışmazlığı inkişaf edən zaman müalicəyə ürək çatışmazlığının kompleks müalicəsi daxil edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya