Kondisionerlər əzələ ağrıları başda olmaqla infeksion, allergik, həmçinin bir çox xəstəliklər yaradır
Həkimdən Dadaşovanın qalmaqallı açıqlamasına ŞƏRH
Yusif Nəzərli
11:31 19.07.2023
Sağlamlıq
806
İsti ilə mübarizə aparmaq çətindir, amma…
Kondisionerlər əzələ ağrıları başda olmaqla infeksion, allergik, həmçinin bir çox xəstəliklər yaradır
Kondisionerlər əzələ ağrıları başda olmaqla infeksion, allergik, həmçinin bir çox xəstəliklər yaradır
Xalq artisti Brilliant Dadaşova isti havalarda kondisionerdən istifadə edənlərə səslənib. Dadaşova kondisionerin sağlamlığa ziyan vurduğunu bildirib: “Çoxunuzdan nigaranam. Sual verirsiniz ki, kondisionersiz nece dayanırsınız? Belə necə yaşamaq olar? Günəş Allahın bizə verdiyi lütfdür. Yay ayları çox qısadır. Günəş şüalarını qəbul etmək lazımdır”.
Xalq artisti mərhum əmisioğlu, aktyor Rafael Dadaşovun ölümünə kondisionerin səbəb olduğunu bildirib: “Bir çox həkimlərimiz deyir ki, günəş şüaları da ziyandır. Amma kondisioner ondan da zərərlidir. Ən pisi də odur ki, kondisioner altında yatan insanlar var. Bu çox təhlükəlidir, fəsadları ağır olur. Makiyajıma görə arada kondisionerdən istifadə edirəm, amma sonra 2-3 gün özümə gələ bilmirəm”.
Həkimlər də vətəndaşlara mümkün qədər kondisionerlərdən az istifadə etməyi tövsiyə edir.
Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, kondisionerdən doğru şəkildə istifadə etmədikdə, bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər:
“Kondisionerdən uzun müddət istifadə müxtəlif xəstəliklərə səbəb ola bilər. Havalar isti keçəndə kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisioner var. Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər. İsti və soyuq hava cərəyanının bir-birini əvəz etməsi ürək-damar xəstəliyi olanlar üçün ziyandır. İsti havadan soyuğa keçəndə damarlarda kəskin spastik sindrom aşkarlanır. Buna görə də yay aylarında bu məqama xüsusi diqqət yetirmək lazımdır. Otağın temperaturu yayda 22 dərəcəyədək nizamlanmalıdır”.
Ş.Məmmədovun sözlərinə görə, kondisionerlərin temperaturunu düzgün tənzimləməklə yanaşı, cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur. Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası legioner xəstəliyi və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər:
“Yay aylarında körpələrimizə də isti ilə mübarizə aparmaq çətin olur. Həll yolu kimi gördüyümüz üsullardan biri də kondisionerdən və ya sərinkeşdən istifadədir, lakin bu zaman da bir sıra qaydalara riayət etməyi unutmamalıyıq. Otaq temperaturunu 22-24° C-də saxlayın, bu zaman körpənin üzərinə vurmamasına diqqət edin. Körpəni ayaqlarını və qollarını örtəcək yüngül geyimlərlə geyindirin, başını qorumaq üçün sərin papaqdan da istifadə edə bilərsiniz. Otağın çox soyuq olmaması üçün kondisioneri müəyyən müddət çərçivəsində istifadə etməniz tövsiyə olunur. Ən əsası, hər il kondisioner filterlərinin təmizlənməsinə xüsusi diqqət göstərin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya