Xüsusi nümayəndə: Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 bina inşa olunur
10:50 24.11.2023
Qarabağ
937
"Növbəti ildən Cəbrayıl sakinlərinin doğma yurdlarına köçürülməsi işlərinə başlanılacaq. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 bina tikilməkdədir və gələn il işlərin yekunlaşdırılması planlaşdırılır".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Bildirib ki, tikinti və təmir işləri tam yekunlaşdıqdan sonra Cəbrayıl sakinlərinin doğma yurdlarına köçürülməsinə başlanılacaq:
“Artıq Soltanlı kəndinin sakinləri ilə birgə bizim dost ölkəmizlə Macarıstan hökuməti ilə birgə təməlini qoyduq. Bilirsiniz ki, son 30 il ərzində bütün işğaldan azad edilmiş ərazilərin hamısı dağıdılmışdı. Təəssüflər olsun ki, Cəbrayıl rayonu da dağıntılara məruz qalıb. Artıq bizim macar dostlarımız da gördülər ki, Soltanlı kəndi nə vəziyyətə salınıb. Son 3 il ərzində müharibədən dərhal sonra cənab Prezidentin tapşırığı ilə Şərqi Zəngəzurda və Qarabağda bərpa-quruculuq işləri həyata keçirilməyə başladı. Cəbrayılda da kifayət qədər böyük quruculuq və bərpa işləri həyata keçirilir. Artıq bildiyiniz kimi, Horovlu və Şükürbəyli kəndləri tikilməkdədir. Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 bina tikilməkdədir və inşallah, gələn il tikinti işləri yekunlaşacaq. Artıq Soltanlı kəndinin də tikintisini həyata keçirəcəyik. İnşallah, Soltanlı sakinləri də kəndə köçürüləcək və regionumuza, rayonumuza öz tövfələrini verəcəklər".
Vahid Hacıyev, həmçinin bildirib ki, bu gün təməli qoyulan Soltanlı kəndinin sakinlərinin işlə təmin olunması məsələsi də asanlıqla həyata keçiriləcək və bu istiqamətdə artıq bütün məsələlər öz həllini tapmaqdadır: “Soltanlı kəndi əsas strateji nöqtədə yerləşir. Bildiyiniz kimi, burdan əsas yollar - Horadiz-Cəbrayıl-Zəngilan avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu keçir. Araz İqtisadi Zonasına daxil olan Araz vadisi burada yerləşir. Artıq Araz vadisinə böyük investorların investisiyaları qoyulmağa başlayıb. Əlbəttə ki, Araz vadisi Soltanlı kəndinin daxilindədir, burdan 5 kilometr məsafədədir. İnşallah, sakinlər həm də həmin iqtisadi zonada çalışacaq, regionumuzun inkişafına öz böyük tövfələrini verəcəklər”.
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət