Əli Əsədov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb
16:56 24.11.2023
Gündəm
509
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Nazirlər Kabinetindən "Report"a bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb, UNECE-nin icraçı katibinin SPECA çərçivəsində ilk dəfə Azərbaycanın sədrliyi dövründə təşkil edilən və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib.
Bildirilib ki, Azərbaycan SPECA üzv dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli qaydada, həm də proqram çərçivəsində geniş əməkdaşlıq edir. Vurğulanıb ki, Azərbaycan SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət və tranzit qovşağı rolunu oynayır və regionun mövcud infrastrukturunun inteqrasiyası region ölkələrinin iqtisadiyyatlarının inkişafına və onların ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin potensialının artırılmasına töhfə verəcək.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrinin bu əməkdaşlıqda mühüm rol oynayacağı bildirilib.
Trans-Xəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) SPECA-nın əhatə etdiyi coğrafi regiondan keçməsini nəzərə alaraq, bu dəhlizin səmərəliliyinin artırılması məqsədilə üzv ölkələr tərəfindən göstərilən birgə səylər yüksək qiymətləndirilib.
Bu baxımdan Zirvə görüşündə Orta Dəhliz boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafı və şaxələndirilməsi üçün yeni imkanlar yaratdığı bildirilib.
Azərbaycanın yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı, habelə iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər diqqətə çatdırılıb.
SPECA kontekstində iqlim dəyişmələri ilə mübarizənin və yaşıl inkişafın prioritet məsələlər kimi daim gündəlikdə saxlanılmasının zəruriliyi vurğulanıb.
Azərbaycanda bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilərək ölkəmizin xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin icrasına başladığı qeyd edilib. Bu yanaşmanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də tətbiq olunduğu xüsusi qeyd edilib.
Azərbaycanın, eyni zamanda, digər tərəfdaşlar ilə Avropaya yaşıl enerji körpüsünü salmağa başladığı bildirildi.
Ətraf mühitin qorunması məsələlərinə toxunan Ə.Əsədov bölgədə transsərhəd təsirə səbəb ola biləcək fəaliyyətlərin, xüsusilə də sərhədyanı zonalarda mədən sənayesi ilə əlaqədar işlərin aparılmasının qəbuledilməz olduğunu bildirdi. Bu cür fəaliyyətlərin qarşısının alınması baxımından “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi