Rusiya MN-də daha bir səs-küylü həbs
Yusif Nəzərli
07:07 25.07.2024
Dünya
311
Rusiya Müdafiə Nazirliyinin Hərbi Tikinti Şirkətinin rəisi Andrey Belkov Moskvada saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilir ki, o, dövlət müdafiə sifarişlərini yerinə yetirərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Məlumata görə, 2019-cu ildə xüsusi təyinatlılar üçün Baş Hərbi Tikinti İdarəsinə rəhbərlik edən Belkov Müdafiə Nazirliyinin diaqnostika və müalicə mərkəzinə 76 milyon rubl əvəzinə 121 milyon rubla tomoqrafının alınmasını təşkil edib. O, qazancın bir hissəsini “Partner Plus” MMC-nin təsisçisi, avadanlığın tədarükü üçün müqavilə bağlanmış dostu Yelena Lyaxoviçə köçürüb.
Bununla bağlı cinayət işi hələ 2023-cü ilin iyulunda açılıb və həmin ilin oktyabrında Lyaxoviç və onun baş mühasibi Viktor Bilko saxlanılıb. Belkov əvvəllər bu işdə şübhəli şəxs qismində dindirilib. İstintaqın yaxın vaxtlarda məhkəmədən onun həbsini tələb edəcəyi gözlənilir.
Nəşr qeyd edir ki, Andrey Belkova qarşı başqa iddialar da irəli sürülə bilər. Çünki onun işinə aprel ayında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilən keçmiş müdafiə nazirinin müavini Timur İvanov nəzarət edirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq