
Belə bələdiyyədənsə, olmasa yaxşıdır - AÇIQLAMA
05:04 06.11.2024
Siyasət
742
Bələdiyyə seçkiləri ilə bağlı iddialar mənasızdır, boş hay-küydür
Tural Abbaslı: “Nə siyasi partiyaların, nə ictimai xadimlərin, nə də kənd camaatının bələdiyyələrdə təmsil olunmağa marağı var”
Noyabr ayının 1-də Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri barədə həmin günə təyin edilmiş iclası keçirilməyib. Bu da "bələdiyyə seçkiləri təxirə salındı" xəbərlərinin yayılmasına səbəb olub. Çünki Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir. Bununla da, belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək. Xatırladaq ki, bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, Azərbaycanda bələdiyyə seçkiləri ətrafında məsələ həddindən artıq şişirdilir. Partiya rəhbəri bildirib ki, başqa dövlətlərdə bələdiyyə seçkiləri çox önəmli proses sayılır və seçkidə iştirak nisbəti güclü olur:

"Məsələn, qardaş Türkiyədə keçirilən bələdiyyə seçkiləri bütün ölkə əhalisinin diqqətini cəlb edir. Rəqabət o qədər yüksək olur ki, hətta qarşıdurma belə yaşanır. Amma Azərbaycanda bələdiyyə sistemi elə bir formada fəaliyyət göstərir ki, nə siyasi partiyaların, nə ictimai xadimlərin, nə də kənd camaatının bələdiyyələrdə təmsil olunmaq marağı olur. O baxımdan bələdiyyə seçkilərinin vaxtında keçirilməsi, yaxud təxirə salınması müzakirələri, iqtidarın seçki vaxtını məqsədli şəkildə uzatması barədə iddialar mənasızdır, boş hay-küydür. Qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Məlumdur ki, bu ayda Bakıda COP29 tədbiri keçiriləcək. Görünür, əsas diqqət bu tədbirə yönəldiyi üçün bələdiyyə seçkiləri ilə bağlı mövcud qanunvericilikdəki boşluqdan istifadə edilir. Seçkilərlə formalaşan bələdiyyələr öz sədrlərini təxminən bir aydan sonra seçirlər. Bələdiyyələrin 5 illik fəaliyyət müddəti də sədr seçiləndən sonraya təsadüf edir. Yenə deyirəm, ölkəmizdə bələdiyyə seçkilərinin bir ay gecikdirilməsi strateji əhəmiyyət daşımır. Bu qərar sırf COP29-a görə verilib və hansısa fəlakət baş verməyib".
T.Abbaslı diqqətə çatdırıb ki, Azərbaycanda bələdiyyə seçkiləri populyar deyil: "Baxmayaraq ki, namizədlərin sayı prezident və parlament seçkilərindən dəfələrlə çox olsa da, bələdiyyələrin dişsiz bir qurum olduğu, ölkənin siyasi-ictimai, sosial həyatına təsir etmədiyi, təsir rıçağı olmadığı üçün heç kimin marağında deyil. Bir halda ki bələdiyyə sədrləri və müavinlərindən başqa heç kim maaş almır, indiki dövrdə ictimai əsaslarla kim öz vaxtını, enerjisini hədər edər?! Ona görə də seçkini bir ay yox, bir il də uzatsalar, cəmiyyətdə ajiotaj yaranmayacaq. Hətta daha radikal mövqem odur ki, bizdəki kimi bələdiyyəçilikdənsə, ümumiyyətlə, bu strukturların ləğvi daha faydalı olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi