Ermənistanın dron qrupları Azərbaycanla sərhəddə təxribatlar törədirlər - Hərbi ekspert
Yusif Nəzərli
18:49 31.03.2025
Gündəm
539
Ermənistanın son günlərdəki təxribatçı fəaliyyətləri, regionda gərginliyi daha da artırmağa xidmət edir. Xüsusilə, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın artan təxribatları, bir daha riyakar və qeyri-konstruktiv davranışlarını ortaya qoyur. Rəsmi İrəvan atıcı silahlarla Azərbaycan ordusunun mövqelərini atəşə tutan erməni terrorçularının əməllərini ört-basdır etməyə çalışır. Lakin son dövrlərdə pilotsuz uçuş aparatları ilə həyata keçirilən kəşfiyyat xarakterli uçuşlar, Ermənistanın əsl niyyətini üzə çıxarır.
Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov Sherg.az-a açılamasında Ermənistanın artan təxribatlarından və bunun səbəblərindən söz açıb:
"Ermənistan hər zaman olduğu kimi yenə də öz riyakar fəaliyyətini davam etdirməkdədir. Son günlərdə Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatlarının daha da intensivləşdiyini müşahidə edirik. Bundan öncə atıcı silahlarla Azərbaycan ordusunun mövqelərini erməni terrorçularl atəşə tutmuşdular və bununla bağlı onların hərbi-siyasi rəhbərliyinin verdiyi absurd açıqlamalar heç bir həqiqəti əks etdirmirdi. Bunun məsuliyyətini öz üzərlərindən atmağa çalışırdılar. Lakin son günlərdə Ermənistanın pilotsuz uçuş aparatları ilə Azərbaycan ordusunun mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi onların əsl niyyətini aşkara çıxarır.
Bu pilotsuz uçuş aparatları, xüsusən də Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində yerləşən bölmələr tərəfindən istifadə edilir. Bu bölmələrdən bir çoxu Yerkrapa kimi terrorçu qruplaşmaların tərkibinə daxildir. Onların balansında belə pilotsuz uçuş aparatlarının olması real deyil. Bu da onu göstərir ki, Ermənistanın dron qrupları Azərbaycanla sərhəddə təxribatlar törədirlər. Beləliklə, bu təxribatların birbaşa Ermənistanın müdafiə nazirliyi və hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirildiyini demək mümkündür".
Ekspert rəsmi İrəvanın bu cür davranışlarının Ermənistana heç bir yaxşı nəticə verməyəcəyini söyləyib:
"Ermənistan ordusunun bu pilotsuz uçuş aparatları Azərbaycan ordusunun arsenalındakı müxtəlif vasitələrlə asanlıqla neytrallaşdırıla bilər. Baş verən təxribatlar da bunun nəticəsini artıq göstərməkdədir. Ermənistan dildə sülhdən danışsa da, əməldə revanşizmə meyl edir. II Qarabağ müharibəsindən sonra, rəsmi İrəvan artıq milyardlarla dollar silahlanmaya sərf edib və ordusunda islahatlar həyata keçirməyə çalışır. Bu prosesdə ona dəstək verən havadarlarının əməlləri də sülhə deyil, müharibəyə meyl etdiklərini göstərir.
Azərbaycan, həmişə olduğu kimi, məsələlərin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyir. Lakin təəssüf ki, Ermənistan bu yanaşmaya qarşı təxribatlarla cavab verir".
Müsahibimiz Ermənistanın təxribatlara əl ataraq regionda vəziyyəti daha da gərginləşdirməyə çalışdığını bildirib:
"Azərbaycan hələlik bu təxribatlara səbirlə yanaşır, amma əgər Ermənistan belə ritorikaya davam edərsə, mütləq zəruri cavab tədbirləri həyata keçiriləcək. Bunun məsuliyyəti yalnız rəsmi İrəvanın və onun havadarlarının hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya