Bu məşum olayın ardından Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xalqa xəbərdarlıq olunub. Bildirilib ki, əhalinin təhlükənin mövcudluğunu nəzərə alıb, icazəsiz, işğaldan azad edilən ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə getməmələri xahiş olunur.
“30 il gözlədik, bir az da səbr edək” - Təhlükəlidir !
Yusif Sultanoğlu
14:06 30.11.2020
Cəmiyyət
839
“İşğaldan azad olunan yerlərə hələki getmək olmaz”
“Amma hərə bir yolla, kimisi nüfuzundan, kimisi tanışlıqdan istifadə edib gedir”
“Bu məsələ haqqında təcili qərar verilməlidir”
Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində ilkin ehtimala görə tank əleyhinə minaya düşərək həlak olublar. Onlar 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən məlum hadisə baş verib.
Bu məşum olayın ardından Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xalqa xəbərdarlıq olunub. Bildirilib ki, əhalinin təhlükənin mövcudluğunu nəzərə alıb, icazəsiz, işğaldan azad edilən ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə getməmələri xahiş olunur.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, insanlar illərdir görmədikləri yurdlarına getmək üçün səbirsizlənirlər:
“Yaxınlarının qəbirlərini ziyarət etmək istəyirlər. Bu təbii hisdir. Hesab edirəm ki, məsələ dövlət səviyyəsində nizamlanmalıdır. Düzgün rejim müəyyənləşdirilməlidir.
Sistem təyin olunmadığına görə belə faciələr baş verir. Deyirlər, qadağa var, olmaz. Amma hərə bir yolla, kimisi nüfuzundan, kimisi tanışlıqdan istifadə edib, gedir.
İşğaldan azad edilən ərazilərə tanınmış adamlar, yaxud da başqa sahənin nümayəndələri keçib, gedirlər. O da digərlərini qıcıqlandırır. İstəyirlər ki, hansısa yolla onlar da getsin. Ona görə bu faciələrin baş verməsində işğaldan azad olunan ərazilərdə yaradılacaq sistemə xidmət edən qurum məsuliyyət daşıyır.
Onlar heç kimə imkan verməməlidir. Digər tərəfdən vətəndaşın da üzərinə məsuliyyət düşür. 30 il gözlədik, indi tələsmək olmaz. İnsanların da günahı var, öz həyatlarını riskə atırlar. Bu məsələ haqqında təcili qərar verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz