PKK liderləri ilə bağlı qərar açıqlandı
Yusif Nəzərli
05:54 13.05.2025
Dünya
309
PKK terror təşkilatının tərksilah və özünüləğv qərarı verməsi ilə “Terrorsuz Türkiyə” prosesində ikinci mərhələyə keçilir. Prosesin ən önəmli mərhələsi olan və 3 ay çəkməsi gözlənilən bu dönəmdə silahların təhvil alınması məsələsi həllini tapacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilir ki, iyun ayında Türkiyə, İraq və Suriyada bunun üçün mexanizm formalaşdırılacaq:
“Silahların təhvil alınması üçün Süleymaniyyə və Ərbildə (İraq) iki ayrı komissiya yaradılacaq. Bu komissiyalarda İraq mərkəzi hökuməti, İraq Kürd Muxtariyyəti və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) birlikdə çalışacaq. Silahsızlaşdırma prosesi MİT tərəfindən 24 saat izləniləcək”.
KİV bildirir ki, terror təşkilatının təxminən 250 nəfərdən ibarət lider heyətinin İraq və Suriyada qalmasına icazə verilməyəcək:
“Təşkilatın liderləri üçüncü ölkələrə gedə biləcəklər, amma bir ölkədə qrup halında qalmaları mümkün olmayacaq. Türkiyə prosesi İraq və Suriya ilə birlikdə həyata keçirəcək”.
PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın da həbsdə qalacağı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya